AFFA-nın İntizam Komitəsi “Neftçi”, “Rəvan”, “Sumqayıt” və “Xəzər Lənkəran” klublarını cəzalandırıb. AFFA-nın İntizam Komitəsi “Neftçi”, “Rəvan”, “Sumqayıt” və “Xəzər Lənkəran” klublarını cəzalandırıb.

AFFA bu klubları cərimələdi

AFFA-nın İntizam Komitəsi “Neftçi”, “Rəvan”, “Sumqayıt” və “Xəzər Lənkəran” klublarını cəzalandırıb.


Qurumdan AzNews.az-a verilən məlumata görə, Premyer Liqanın XI turunda "Sumqayıt" ilə səfərdə oyununda "Neftçi"nin 6 futbolçusu sarı vərəqə aldığı üçün klub min manat məbləğində cərimələnib.

Oyun başa çatdıqdan sonra "Sumqayıt"ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılması klubun iki min manat məbləğində cərimələnməsi ilə nəticələnib.

"Rəvan"–"Xəzər Lənkrəran" matçının 80-ci dəqiqəsində qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilməsinə görə hər iki kluba min manat ödəməli olacaq.