«Qasımpaşa»nın baş məşqçisi «Xəzər-Lənkəran»a gətirilir

"Xəzər-Lənkəran"ın ölkə çempionatında qeyri-sabit çıxışı komandanın sahibi və fəxri prezidenti Mübariz Mənsimovu narahat edir. Bu üzdən tanınmış iş adamı Türkiyədə hərəkətə keçib.

Məqsəd, tez bir zamanda "Xəzər-Lənkəran"ı toparlamaq, daxili ab-havanı və inamı yüksəltməkdir. Cari mövsümdə "ağ-ya-yaşıllar"dan uğurlu nəticə gözləyən Mübariz bəy, kollektivdən avrokuboklarda da iddia nümayiş etdirməsini tələb edir.

Etibarlı mənbədən AzNews.az–a verilən xəbərə görə, həmyerlimiz bu günlərdə İstanbulda türkiyəli mütəxəssis Mətin Diyadinlə görüşüb. Yaxınlarda qalmaqallı şəkildə "Qasımpaşa"dan ayrılan 44 yaşlı çalışdırıcı hazırda işsizdir. Onun Ankara klubundakı uğurları xeyli müddətdir ki, Mənsimovun diqqətini cəlb edib. Mütəxəssisin komandanı tez toparlamaq bacarığının olması, indiki vəziyyətdə yaxşı gününü yaşamayan "gəmiqayıranlar"ın işinə yarayır.

Ehtimallara görə, Mətin Diyadin Topar Premyer Liqasının qış fasiləsində "Xəzər-Lənkəran"ın başına keçəcək. Ona daha 2-3 səviyyəli legionerin alınması vədi verilib.

Futbolçu karyerasında ampulaca yarımmüdafiəçi olan Diyadin "Gənclərbirliyi", "Fənərbağça", "Dənizlispor", "Göztəpə" və "Kayserispor" klublarında çıxış edib. 2005-ci ildən məşqçiliyə başlayan Mətin xoca, "Orduspor"u və "Qasımpaşa"nı 1-ci dəstədən Superliqaya yüksəldib.

Kamran Hacı
AzNews.az