Xəbər verdiyimiz kimi, ABŞ Hyuston şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatında Azərbaycan milli komandasının üzvü – Elxan Əliquluzadə 77 kq çəki dərəcəsində B qrupun çıxış etmişdi. “Lənkəran-Zirvə” atleti uğurla yarışaraq toplamda 357 kq (154+203) nəticə göstərmiş, B qrupunda 1-ci olmuşdu. Xəbər verdiyimiz kimi, ABŞ Hyuston şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatında Azərbaycan milli komandasının üzvü – Elxan Əliquluzadə 77 kq çəki dərəcəsində B qrupun çıxış etmişdi. “Lənkəran-Zirvə” atleti uğurla yarışaraq toplamda 357 kq (154+203) nəticə göstərmiş, B qrupunda 1-ci olmuşdu.

Atletimiz dünya rekordunu yenilədi

Xəbər verdiyimiz kimi, ABŞ Hyuston şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatında Azərbaycan milli komandasının üzvü – Elxan Əliquluzadə 77 kq çəki dərəcəsində B qrupun çıxış etmişdi. “Lənkəran-Zirvə” atleti uğurla yarışaraq toplamda 357 kq (154+203) nəticə göstərmiş, B qrupunda 1-ci olmuşdu.


Elxan həm də təkanla qaldırma hərəkətində 203 kq-la gənclər arasında dünya və Avropa rekordunu yeniləmiş, tanınmış türk atlet Taner Sağırın 2004-cü il Afina Olimpiadasında müəyyənləşdirdiyi 202 kq-lıq rekordu öz adına yazdırmışdı.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, artıq 77 kq çəki dərəcəsində A qrupundakı çıxışlar da başa çatıb. Sevindirici xəbər odur ki, Elxan Əliquluzadə 203 kq-la təkanla qaldırma hərəkətində dünya çempionatının gümüş medalına sahib çıxıb (yekun sıralamada 6-cı yer).