Paralimpiyaçı cüdoçularımızdan - Bir qızıl, iki gümüş

Azərbaycan paralimpiyaçıları Portuqaliyanın Odivellas şəhərində keçirilən cüdo üzrə açıq Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər.


Azərbaycan Milli Paralimpiya Komitəsinindən AzNews.az-a verilən xəbərə görə, 73 kq çəki dərəcəsində Ramil Qasımov Avropa çempionu adını qazanıb.

81 kq çəki dərəcəsində Rövşən Səfərov və 57 kq çəki dərəcəsində Səbinə Abdullayeva Avropa çempionatının gümüş medalına sahib olublar.