“Qarabağ“ məğlub oldu

Bu gün Premyer Liqanın 14-cü turu çərçivəsində "Neftçi""Qarabağ"ı qəbul edib.


AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, azarkeşlər oyunun ilk hissəsində qol görməyiblər.

65-ci dəqiqədə isə paytaxt təmsilçisi hesabı açıb – Rəhman Hacıyev fərqlənib.

Oyunda başqa qol qeydə alınmayıb – 1:0.

Beləliklə, "Neftçi" 19 xalla 6-cı sıradadır, "Qarabağ" isə 32 xalla liderdir.