- Köhnə - İdman
- 1 Noyabr 2012 18:38
- 2 173
«Rabitə» İtaliya klubunu üstələdi

"Dördlər finalı"nın son iştirakçısı ev sahibələrinin hücumları önündə aciz qalıb. Nəticədə, "Sərhədçi" Olimpiya-İdman Kompleksini məğlub tərk edib – 1:3 (15:25, 25:22, 21:25, 22:25).
"B" qrupunda 6 xala malik "rabitəçilər" liderdirlər. Onları izləyən "Asistel Villa Kortese" və "Atom"un (Polşa) 3 xalı var.
Qeyd edək ki, dünən təmsilçilərimizdən "Azərreyl" eyni yarışda "Əczaçıbaşı"ya (Türkiyə) 1:3 uduzub; "Lokomotiv" doğma divarlar arasında Moskva "Dinamo"sunu 3:0 üstələyib.
Kamran Hacı
AzNews.az