21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalya Cup” turniri çərçivəsində ilk oyununa çıxıb. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalya Cup” turniri çərçivəsində ilk oyununa çıxıb.

Millimiz Ukraynaya qalib gəldi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalya Cup” turniri çərçivəsində ilk oyununa çıxıb.


AzNews.az-ın məlumatına görə, Ukraynanın U-21 yığması ilə qarşılaşan millimiz matçın 49-cu dəqiqəsində qapısında qol görüb. 58-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Namiq Ələsgərov hesaba tarazlıq gətirib.

88-ci dəqiqədə isə N.Ələsgərov komandamıza qələbə gətirən qolu vurub - 2:1.

Qeyd edək ki, millimiz turnirdə Səudiyyə Ərəbistanı, Albaniya və Bəhreyn yığmaları ilə də qarşlaşacaq.