May ayının sonuna qədər serialda çəkiləcəm May ayının sonuna qədər serialda çəkiləcəm

Evlənəndə lift ustası... - Kənan M.M-lə müsahibə

May ayının sonuna qədər serialda çəkiləcəm

Türkiyədə “Savaşçı” serialına çəkilən rejissor Kənan M.M vətənə gəlib.

O, çəkilişlə bağlı AzNews.az-ın suallarını cavablandırıb.

- Türkiyədə çəkildiyiniz “Savaşçı” serialında maliyyə ilə bağlı problem yaşandı. Bu, sizə nə dərəcədə təsir etdi?

- Bu probem hazırda Türkiyənin bütün seriallarında yaşanır. Hazırda iki-üç bölümdə gecikmə olur, amma insanlar serialı sevdiyi üçün davam edir. Bu sıxıntı yaşandı, amma işlərə çox şükür davam edirik.

- Sizə verilən qonarar normaldır?

- Normal olmasaydı, uzun müddət vətənimdən, ailəmdən, sevdiklərimdən uzaqda qalmazdım. Digər tərəfdən oraya şəxsi adıma getməmişəm. Millətimin, vətənimin adına getmişdim. Bir seriala görə getsəydim, orada qalmazdım. Çünki hər həftə ermənilər işləyən kanalda Azərbaycan bayrağını görmək onlara nə qədər əzabdırsa, mənim üçün şərəfdir. Türkiyədə küçədə mənimlə şəkil çəkdirməyə yaxınlaşanda filmdəki adımla müraciət edilər, azərbaycanlı deyirlər. Bu da mənə bəsdir. Deməli, mən istədiyim məqama sahib olmuşam.

- Bir müddət əvvəl ailənizlə Türkiyəyə getdiyiz haqqında məlumat yayıldı...

- Mən Türkiyədə təməlli yaşaya bilmərəm. Həyatda iki şeyi eşidəndə gözlərim dolur, Azərbaycan himni və azan səsini. Qardaş ölkədə işlərimi görə bilərəm, amma təməlli orada yaşayacağıma inanmıram. İçimdəki vətən sevgisi buna yol verməz.

- Hazırda həyat yoldaşınız Aygün xanım da Türkiyədədir?

- Xeyr, Bakıdadır. Gedir, gəlir. Mən də tez-tez Bakıya gəlirəm. Orada iş görmək başqa, yaşamaq başqadır. Ayda üç dəfə Bakıya gəlirəm.

- Bir müddət əvvəl həyat yoldaşınızın adını daşıyan mağaza açmışdınız.

- Qadın mağazasıdır və onunla Aygün maraqlanır. Balaca bir şeydi və hazırda mövsümlə bağlı olaraq fəaliyyəti dayandırılıb. Çünki nəyin nə zaman baş verəcəyinə heç kimi təminat vermir. Etiraf edək ki, bu iş nə mən, nə də Aygünün görəcəyi iş deyil. Kiməsə həvalə edə bilərsən, amma sırf iş bizim davam edəcəyimiz iş deyil.

- Xaraktercə ciddi insansınız. Ailənizi Bakıda qoyub getmək çətin deyil?

- Burada ailəm tək qalmır, yanında mənim və Aygünün ailəsi var. Hər şey normaldı. Hamı bilir ki, kim kimdi.

- Maraqlıdır, Aygün xanım sizi qısqanır?

- Aygün xanım mənimlə evlənəndə lift ustası, KAMAZ sürücüsü deyildim.

- Bəs, qısqanclığa görə mübahisə edirsiniz?

- Əsla. Siz aktyor Kıvanç Tatlıtuğa deyə bilərsiniz ki, həyat yoldaşınız sizi qısqanırmı? Çünki bu normaldı.

- Türkiyədə sizi yeni filmlərdə görəcəyik?

- May ayının sonuna qədər serialda çəkiləcəm. Türkiyədə bir-iki təklif gəlib. Rejissorlar yeni sima görürlər, maraqlanmağa başlayırlar. Seçim etmək menecerə və özünə qalır.

Rəqsanə

AzNews.az

image description image description