“Ermənistana havadarlıq edənlər onun da fərqində olmalıdırlar ki, bölgədə Azərbaycanla yanaşı Türkiyə də söz sahibidir” “Ermənistana havadarlıq edənlər onun da fərqində olmalıdırlar ki, bölgədə Azərbaycanla yanaşı Türkiyə də söz sahibidir”

“Problemləri yanlız bir masa arxasında danışıqlar yolu ilə həll etmək mümkündür"

“Ermənistana havadarlıq edənlər onun da fərqində olmalıdırlar ki, bölgədə Azərbaycanla yanaşı Türkiyə də söz sahibidir”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP)sədri Arzuxan Əlizadə AzNews.az analitik-informasiya portlına müsahibə verib.

- Arzuxan bəy, öncə siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşünüzdən danışaq. Siyasi partiyalarla bu formatlı görüşləri necə qiymətləndirirsiniz?

- Bu cür görüşlər 2 ildən artıqdır ki, davam edir. 2019-cu ilin sonlarında Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik hakimiyyəti əlaqələr şöbəsi yarandıqdan sonra bu cür təmaslar başlayıb. Biz buna pozitiv yanaşırıq. Bu cür təmasların olmasını təqdir edirik. Uzun illərdir ki, ölkədə mövcud olan bir sıra problemlərin iqtidar-müxalifət tərəflərinin birgə masa arxasında müzakirə edərək, danışıqlar yolu ilə həll edilməsinin mümkünlüyünü daha doğru hesab etmişik. Bununla bağlı zaman-zaman çağırışlarımız olub. Çox təqdir edici haldır ki, hazırda bu baş verir. Artıq iki ildir bu proses davam edir. Görüşdə ölkədə mövcud olan problemlərlə bağlı mövqeyimizi bildirdik. Həmin problemlərin həlli ilə bağlı təkliflərimizi verdik. İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması ilə bağlı təkliflərimiz olub. Eyni zamanda siyasi partiyalarla, siyasi sistemlə bağlı təkliflərimizi təqdim etmişik. Bu təkliflərin bəzilər reallaşıb. Bəziləri isə müzakirə mərhələsindədir. Mövcud problemlərin həllini yanlız bir masa arxasında danışıqlar yolu ilə həll etmək mümkündür. Bunun daha məqbul olduğunu düşünürük. Ona görə də bu cür görüşləri təqdir edirik. Ümid edirik ki, bundan sonra da daha intensiv xarakter alacaq. Verilmiş təkliflər daha düzgün dəyərləndiriləcək. Problemlərin həlli istiqamətində real addımlar atılacaq.

- Azərbaycan Milli İstiqlal Partiyası hazırda hansı istiqamətdə fəaliyyət göstərir?

- Milli İstiqlal Partiyası müstəqil Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçmiş siyasi təşkilatıdır. İyul ayının əvvəllərində partiyanın 30 ili tamam olacaq. Bu istiqamətdə işlərə başlamışıq, yubiley tədbirinin keçirilməsini planlayırıq. Milli İstiqlal Partiyası ölkədə ən geniş beynəlxalq əlaqələrə malik siyasi təşkilatdır. Biz 1996-cı ildən başlayaraq, dünyada 80-dən artıq ölkənin 100-dən artıq sağ mərkəz yönümlü partiyasını özündə birləşdirən nüfuzlu bir təşkilat, Beynəlxalq Demokrat İttifaqının tam hüquqlu üzvüyük. Bu çərçivədə bizim dünyanın bir sıra aparıcı ölkələrinin siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrimiz var. Bu illər ərzində həmin təşkilat çərçivəsində əlaqələrimizdən istifadə edərək , Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla məşğul olmuşuq. Bu gün də onların tədbirlərində iştirak edirik. Eləcə də, Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyası ilə 2008-ci ildən mütəmadi əlaqələrimiz var. Bu gün də ölkə həqiqətlərinin beynəlxalq birliyə çatdırılması mövqeyində qalırıq. Xüsusən də Qarabağla bağlı mövqeyimiz həmişə ortada olub. Bu məsələdə Azərbaycan hakimiyyət ilə mövqeylərimiz hər zaman üst-üstə düşüb. Qarabağ məsələdə dövlətimizin yanında olduğumuzu hər zaman bəyan etmişik. Bu gün də o sözümüzün üstündəyik.

Partiya quruculuğu, partiya üzvlər ilə mütəmadi iş davam etdirilir. Bu günə 60-dan artıq bölgədə yerli rayon təşkilatlarımız var. 30 mindən artıq üzvümüz var. Yerlərdə olan problemlərin həlli istiqamətində təkliflərimizi həm ictimaiətə , həm də hakimiyyət qurumlarına təqdim edirik.

- Partiyanın digər siyasi partiyalar arasında dialoqu, əməkdaşlığı nə yerdədir?

- Biz istənilən siyasi partiya ilə danışıqlara açığıq. Bir sıra partiyalarla təmaslarımız davam edir. Məlumdur ki , ölkədə fəaliyyət göstərən siyasi partiyaların hamısı fəal deyil. Aktiv fəaliyyət göstərən 10-15 partiya var ki, onlarla da mütəmadi təmaslarımız olur. Aprel ayında Azərbaycan Milli İstiqlal Partiyasının qərargahında AMİP, AXP və Ağ Partiya sədrlərinin Fransanın Azərbaycandakı səfiri Zakari Grosla görüşü keçirildi. Əsas bu partiyalarla həftə ərzində görüşlərimiz olur. Bütün siyasi partiyalarla istənilən məsələnin birgə müzakirəsini vacib hesab edirik.

- Hazırda Ermənistanla Azərbaycan arasında sülh üçün atılan addımları necə qiymətləndirirsiniz? Sülh danışıqlarından gözləntiniz nədir?

- Azərbaycanın mövqeyi ortadadır. Azərbaycanın Ermənistana təqdim etdiyi 5 baza prinsipi beynəlxalq hüquqa söykənən prinsipdir. Nə beynəlxalq birlik tərəfindən , nə də qarşı tərəfdən bu prinsiplər istisna edilə bilməz. Azərbaycan beynəlxaq hüquqa əsaslanan prinsiplərlə çıxış edib. Azərbaycan mütəmadi olaraq bəyan edir ki, sülh sazişinin imzalanmasında maraqlıdır. Bölgədə kommunikasiya xətlərinin açılmasında, sərhədlərin müəyyənləşməsində Azərbaycan danışıqlara açıqdır. Azərbaycan qalib tərəfdir. Şərtləri daha çox o diqtə etməlidir. Qarşı tərəf və eləcə də, regionda siyasi-iqtisadi marağı olan güclər də bunun fərqində olmalıdır. Hesab edirəm ki, Ermənistan reallıqla barışmalı, şərtləri qəbul etməlidir. Azərbaycan BMT-nin 4 qətnaməsini, Avropa Şurası və Avropa Parlamentinin qərar və qətnamələrini öz gücünə reallaşdırdı. Biz istənilən məsələni öz gücümüzə reallaşdırmağa qadirik. Ermənistanda, ona havadarlıq edənlər də bunun fərqində olmalıdırlar. Biz öz mövqeyimizdə israrlıyıq. Sülh sazişi qəbul olunmalıdır. Olunmayacaqsa, öz gücündən istifadə edərək, Azərbaycan bu məsələləri reallaşdıracaq. Ermənistana havadarlıq edənlər onun da fərqində olmalıdırlar ki, bölgədə Azərbaycanla yanaşı, Türkiyə də söz sahibidir. Azərbaycana ərazi iddialarından əl çəkilməlidir, separatçı qurumu legitimləşdirməkdən əl çəkilməlidir.

- Ermənistan müxalifətinin nümayəndələri paytaxt İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə avtoyürüş keçirirlər. Ermənistandakı bu aksiyalar haqqında nələr düşünürsünüz?

- Ermənistanda müəyyən bir kəsim var ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi uğuru həzm edə bilmirlər. Bunlar daha çox Rusiyadan qaynaqlanan qurumlardır. Ermənistanın keçmiş prezidentlərinin əlləri azərbaycanlıların qanına batmaqla yanaşı, “Qarabağ kartı” üzərində Ermənistanda hakimiyyətə gəlmişdilər. Ermənistan qondarma dövlət olaraq, Rusiya tərəfindən yaradıldığı kimi bu gün də Rusiyanın təsirindədir. Ermənistanın əsas strukturları da bilavasitə Rusiyanın nəzarətindədir. Bu gün Paşinyana təziq etməyə çalışan müxalif revanşist qüvvələr Azərbaycanın qələbəsi ilə heç bir halda barışa bilmirlər. Bu qüvvələr Rusiya və digər qurumlardan qaynaqlanaraq bu cür aksiyalarla nəyisə dəyişə biləcəklərini düşünürlər. Ancaq bunlar çox zəif çabalardır. Ermənistan əhalisinin böyük əksəriyyəti də fərqindədir ki, müharibədə Azərbaycana qalib gəlmək heç bir halda mümkün deyil. Azərbaycanın gücü qarşısında Ermənistanın bir heç olduğunun yaxşı anlayırlar.

Şəbnəm Zahir