Hesabat İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanıb. Hesabat İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanıb.

Azərbaycanda terror təhlükəsi yoxdur - Hesabat

Hesabat İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanıb.

Azərbaycan yeni "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdıraraq 98-ci yeri tutub.

Hesabat İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanıb.

İndeks ölkədə terrorçuluğun təsirini əks etdirir və sosial-iqtisadi şəraitin təhlilinə, həmçinin radikal cərəyanların yaranmasının geosiyasi amillərinə əsaslanır.

Reytinqdə ilk yerləri terrorçuların fəaliyyəti və terrorizm təhdidinin daha yüksək olduğu, sonuncu yerləri isə daha aşağı olduğu ölkələr tutur. Azərbaycan siyahıda 138 ölkə arasında 98-ci yerdədir ki, bu da praktiki olaraq ölkədə ümumiyyətlə terror təhlükəsinin olmadığını göstərir. Bundan əvvəl ölkəmiz reytinqdə 95-ci idi.

Bu göstərici ilə Azərbaycan regionun lideridir. Belə ki, Ermənistan 83-cü, Gürcüstan isə 89-cu mövqedədir.

İlk üçlüyə İraq, Əfqanıstan və Nigeriya daxil edilib. ABŞ 20, Fransa 30, Rusiya 34, Almaniya isə terrorizm təhlükəsi baxımından 39-cu ölkədir.

Postsovet ölkələrindən Ukrayna 21-ci, Tacikistan - 74, Qazaxıstan - 75, Qırğızıstan - 80, Moldova - 116, Özbəkistan - 132, Türkmənistan və Belarus isə 138-ci terdə dayanır.(trend.az)

© AzNews.az