"Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə etməklə hədəflərinə nail olacaqlarına ümid edirlər". "Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə etməklə hədəflərinə nail olacaqlarına ümid edirlər".

Etnik separatizmin arxasında kimlər dayanır? - II Yazı

"Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə etməklə hədəflərinə nail olacaqlarına ümid edirlər".

Azərbaycan xalqı ilk dəfədir ki, işğal siyasətinə qarşı millət və dövlət olaraq birgə hərəkət edir.

Erməni ekspansionizminin arxa baxçası

1828-ci il Azərbaycanın işğalı və ikiyə bölünməsindən sonra, Çar Rusiyası Cənubi Qafqazı daha asan bir şəkildə idarə etmək üçün bir sıra addımlar atdı. Xüsusilə hərbi-coğrafi və strateji baxımdan vacib bölgələrin gəlmə əhali ilə (ermənilər) məskunlaşdırılması siyasəti yürüdülürdü. Təbii olaraq, öz əkin və otlaq yerlərinin, təbii sərvətlərlə zəngin olan yataqların əlindən çıxmaması üçün yerli zadəganlar bütün bunlara qarşı dirəniş göstərsələr də, bütün təşəbbüslərin dolayısı olaraq qarşısı alınırdı. Beləliklə də, 1830, 1848, 1860, 1875, 1890-cı illərdə Azərbaycanın tarixi torpaqlarında (indiki Ermənistan ərazisi başda olmaqla) ermənilərin məskunlaşdırılması prosesləri gücləndirildi. 1905-1907-ci illərdə artıq erməni iş adamları İrəvan, Gümrü, Qafan, Qarabağ, Muğan, Şirvan, Naxçıvan, Gəncəbasar, Tiflis bölgələrində əmlak və bank sistemini hərəkətə gətirərək daha çox mülklərə sahib çıxmaq taktikası ilə hərəkətə keçmişdilər. Bu yöndə Qafqazda strateji maraqları olan dövlətlərin maliyyə qaynaqları da onlara dəstək verirdilər. Onlar çox yaxşı bilirdilər ki, Çar Rusiyası dağılan kimi Cənubi Qafqazda ermənilərin dəstəyi ilə Azərbaycanın zəngin təbii sərvətlərinə sahib çıxmaq daha asan olacaq.

1917-ci il fevral inqilabının sayəsində Çar Rusiyası dağıldı. Ölkəni ələ keçirmək üçün bir yandan kommunist hərəkarı, digər yandan yeni dövlət modelinin tərəfdarı olan güclər (sözdə liberal dövlət tərəfdarları) və Çar Rusiyasının tör-töküntüləri arasında dərin ixtilaflar ortaya çıxdı. Bu güclərin hər biri ayrı-ayrılıqda Cənubi Qafqaz siyasətində ənənəvi olaraq ermənilərlə əməkdaşlığa üstünlük verirdilər. Hətta Rusiyaya heç bir aidiyyatı olmayan Fransa və İngiltərə, eləcə də “Antanta Bloku” da ermənilərin yanında idi. Bu ağır dönəmdə Azərbaycanın qarşısında duran başlıca vəzifələr bundan ibarət idi:

1. Müstəqil dövlətini qurmaq,

2. Ərazi bütünlüyünü qorumaq,

3. Bütün etnik icmaların birlik və bərabərlik şəraitində yaşaması üçün imkanlar yaratmaq.

1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi islahatlar və atdığı bütün addımlar bu üçlü prinsiplər əsasında baş verirdi. Rusiyada hakimiyyəti uğrunda üstünlüyü ələ alan kommunistlər Çar Rusiyasının əraziləri çərçivəsində hərəkət etməyi strateji hədəfə çevirdiyi üçün iki ildir dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanı işğal etdilər. Azərbaycanın tarixi torpalqarında Ermənistanın yaradılması, bu azmış kimi əlavə Dağlıq Qarabağ Muxtar bölgəsinin qurulması XIX əsrdə Çar Rusiyası siyasəyinin prinsipla şəkildə davamı idi.

1991-ci il Azərbaycan müstəqilliyinə yenidən qovuşduqdan sonra, bu dəfə erməni ekspansionizminə qarşı dövlət və millət olaraq qarşı birlik və bərabərlik şəklində qəti addımlar atmaqdadırlar. Ona görə də qondarma “Dağlıq Qarabağ” rejimi adı altında yürüdülən siyasət heç bir nəticə vermir. Çünki Azərbaycanın bir dövlət və millət olaraq siyasi iradəsi qarşısında ekspansionizm hədəfləri iflasa uğrayır. Bütün bunları çox diqqətlə təqib edən anti Azərbaycan çevrələr ermənilərin hədəflərinə dəstək məqsədilə digər “etnik azlıqlar” ssenarilərini gündəmə gətirməklə beynəlxalq birliyin dəstəyi ilə hədəflərinə nail olmaq üçün neçə illərdir çabalar göstərirlər. Hətta bu yöndə milyonlarla vəsait xərcləyirlər.Biz dövlət və millət olaraq bütün acılardan keçərək nəinki dözümlü olduq, hətta bəşəri mənada inkişaf etməkdəyik.

İşğalçılıq siyasətində etnik separatizm modeli

Etiraf etmək gərəkdir ki, “Soyuq Savaş” sona çatdıqdan sonra, dünyanın idarə olunması doktrinası üzərində əsasən iki fikir daim qarşı-qarşıya gəlmişdir:

1. Qlobalizm adı altında müstəmləkəçi transkontinental şirkətlərin hədəflərinin müstəmləkəçi siyasət yürüdən dövlətlərin maraqları ilə uzlaşdırılması,

2. Milli dövlətlərlə regional təhlükəsizlik şəraitində birgə əməkdaşlıq prinsiplərinin yüksək səviyyədə qurulması.
O da bir həqiqətdir ki, 25 ildir qlobalizm adı altında Orta Şərqdə, postsovet məkanında yürüdülən siyasət üzündən bir çox müstəqil dövlətlər acınacaqlı durumla üz-üzə qalmışlar. “Xalqların öz müqəddaratını təyin etmək” adı altında “etnik münaqişələri” körükləməklə müstəqil dövlətlərin ərazi bütovlüyü təhdid altında olmuşdur.

Avropada yaşanılan “Balkan sindromu” buna örnəkdir. Eyni kökdən olan və fərqli təriqət və məzhəblərə bağlı olan toplumları üz-üzə qoyaraq, cırtdan dövlətlərin yaradılması əslində “qlobalizm” siyasətini yürüdənlərin strateji məqsədlərindən biri idi. Orta Şərqdə isə təriqətlərin və məzhəblərin qarşıdurmalarını gündəmə gətirməklə yüzillərdir birlikdə yaşayan xalqların silahlı münaqişələrə cəlb edilməsi əslində dünya birliyinə yaxşı heç nə vermədi.

Dünyanın ən güclü ölkəsi ABŞ-da bunu dərindən qiymətləndirərək milli dövlət adı ilə gücün hakimiyyətə gəlişi Şərqi Avropa, Orta Şərq, Qafqaz və Afrikada yaşanılan dini və etnik azlıqlar arasında yaşanılan qarşıdurmaların durdurulmasına səbəb olan amillərdən birinə çevrilmişdir. Milli dövlət modeli çərçivəsində İngiltərə, Fransa, İspaniya, Almaniya, İtaliya, Rusiya, Çin, Türkiyə, İsveçrə və digər dövlətlər mövcud problemləri arxada qoya bildilər. “Qlobalistlər” isə, məcbur olaraq geri çəkilməli oldular. Bütün bunları Azərbaycan hakimiyyəti də nəzərə alaraq, Ermənistan və onun havadarlarını beynəlxalq miqyasda küncə sıxışdırmaq taktikasından məharətlə istifadə edir. Xüsusilə 2018-ci ildə keçirilən növbəti prezident seçkiləri və bunun ardınca imzalanan beynəlxalq miqyaslı müqavilələr, dünya miqyasında Azərbaycanın nüfuzunu artıracaq iqtisadi layihələrin işə salınması buna örnəkdir.

Çox təəssüf ki, hələ də “qlobalizm” xəstəliyi ilə “milli azlıqların”, “dini azlıqların”, “təriqətlərin” hüquqları adı altında ənənəvi bölücülük siyasətini yürüdən çevrələr öz hədəflərindən geri çəkilmək istəmirlər. Elə buna görə də Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə etməklə hədəflərinə nail olacaqlarına ümid edirlər.

Azərbaycan tərəfi beynəlxalq miqyasda “Multikulturalizm”, “Dinlər arası dialoq” və digər sahələrdə bir sıra möhtəşəm tədbirlər keçirməklə əsil mövqeyini ortaya qoyur. Bu, əslində ölkəmizə qarşı aparılan siyasətlərin qarşısının alınmasında müsbət rol oynasa da, “etnik azlıqların hüquq və azadlıqları” adı altında hədəflərindən bir an da olsa geri çəkilmək istəməyən xarici güclər dolayı yolla “xarici müdaxilə”lərini davam etdirirlər. Hətta bir çox sapqın və satqınları vasitəyə çevirərək ictimai fikirdə “nəlbəkidə qasırğa” taktikasını da sərgiləyirlər.

Missioner təşkilatların “köhnə” ənənələri

Azərbaycan dövlətinə təzyiq kimi 28 ildir xaricxi müdaxilənin arxasında gizlənən oyunlardan biri də “missioner”lik fəaliyyətləridir. İstər, islam dini, istər xristian dini olsun, hər iki dinə məxsus bir sıra təriqətlər və məzhəblər özlərinin daha geniş coğrafi məkan strategiyasının hədəflərinə uyğun hərəkət edirlər. Bunun özü ölkəmizdə vətəndaş birliyi kimi möhtəşəm dəyərə qarşı saplanmış xəyanət deməkdir. Azərbaycanda tarix boyu müxtəlif xalqlar yaşamış və fərqli dinlər mövcud olmuşdur. Ancaq konfessiyalar arasında heç bir zaman qarşıdurmalar olmamışdır. Ölkəmizdə müxtəlif etnik icmalar tarixdə olduğu kimi, bu gün də yaşamaqda davam edirlər. Amma bu xalqlar arasında heç bir zaman etnik müstəvidə qarşıdurmalar olmamışdır. Azərbaycana qarşı yalnız ermənilər xəyanət etmişlər.

Sirr deyil ki, Orta Şərqd üzərindən İran, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Miksir və digər müsəlman ölkələri, Qərbdən isə, Norveç, İsveç, Fransa, İtaliya, Polşa və digər dövlətlər Azərbaycana qarşı missionerlik siyasətlərini yürüdürlər. Onlar öz mənfəətləri çərçivəsində gah “dini”, gah da “milli azlıqlar”ın hüquqları adına müdaxiləni hədəf seçiblər.

Çox da uzağa getmək lazım deyil. Müxalifətin Bakının “Məhsul” stadionunda keçirdiyi mitinqlərində İranın hədəflərində yer tutan “qara bayraq”ların dalğalanması, “din pərdəsi” altında radikalizm siyasətini yürüdən, hətta dövlət çevrilişi kimi hədəfləri sərgilədiklərinə görə həbs olunan məhbusları saxtakarcasına “siyasi məhbus”ların fotolarının nümayiş etdirilməsi bir acı gerçəklikdir.

Ölkəmizdə xristian dini xarici missionerlərin vasitəsilə qəbul etmiş etnik azlıqların bəzi nümayəndələrinin “milli azlıqların hüquqları” çərçivəsində fitnəkarcasına apardıqları fəaliyyətlər də sıradan adi bir hadisə deyil. Halbuki Azərbaycanda etnik azlıqların hüquq və azadlıqları istiqamətində kifayət qədər qanunlar mövcuddur.

Azərbaycan Ermənistan kimi monoetnik dövlət siyasətini də yürütmür.

Azərbaycanda indi çoxları dərk edir ki, son iki yüzillik əsarət dönəmində əsaslı şəkildə heç bir inkişaf olmamışdır. Bu gün ölkəmizin yol ifrastukturu, rabitəsi, iqtisadi və sənaye baxımdan inkişafı artıq dünya standartlarına cavab verə biləcək durumdadır. Addım-addım inkişaf edən ölkəmiz qonşu dövlətlərdən bu yüksəlişi ilə seçilir. İllik gəliri 600 milyard dollar olan İran isə tamamilə səfalət içindədir. Xarici dövlətlərin donorlarına ümid bağlayan Ermənistan bəlirsizlik sindromundan 28 ildir çıxa bilmir. Gürcüstan isə daima dotasiyalı region olaraq qalır. Bütün bunların əhatəsində Azərbaycanın mövqeyinin güclənməsi təbii olaraq, bəzi dövlətlər üçün arzu olunan mahiyyət daşımır. Ona görə də, daxilimizi daim hansısa məsələlərdə qarışdırmaqla zaman qazanmağı hədəf seçiblər. Halbuki zaman keçmişlə deyil, gələcəyə atılan addımlarla öz dəyərini verir.

Ə. Yusifoğlu

AzNews.az