Türkiyənin İnsan və sosial araşdırmalar mərkəzi (İNSAMER) İsrail-Azərbaycan münasibətlərindən bəhs edən araşdırma-hesabat yayımlayıb. Türkiyənin İnsan və sosial araşdırmalar mərkəzi (İNSAMER) İsrail-Azərbaycan münasibətlərindən bəhs edən araşdırma-hesabat yayımlayıb.

Azərbaycanı təxribata çəkmək istəyən islamçı humanitar təşkilat - Kim kimdir?

Türkiyənin İnsan və sosial araşdırmalar mərkəzi (İNSAMER) İsrail-Azərbaycan münasibətlərindən bəhs edən araşdırma-hesabat yayımlayıb.

Sözügedən qurum İnsani Yardım Vəqfi adlı fondun düşüncə mərkəzi kimi fəaliyyət göstərir.

1995-ci ildə İstanbulda qurulan və “İHH” (İnsani Yardım Vakfı) adı ilə tanınmağa başlayan fond ötən 23 ildə sadəcə radikal islamçı çevrələrlə əməkdaşlıq siyasəti yürüdübdür. Bu təşkilatın əsas hədəfi guya din, dil, məzhəb və bölgə fərqi qoymadan məzlumlara humanitar yardımlar etməkdir. Ancaq, o da bəllidir ki, harada İHH-nın quruluşları və ya təmsilçilikləri varsa, orada radikal islam, din pərdəsi altında terrorizm tüğyan edir. Xüsusilə sələfilik və onun yedəyində gedən İŞID, “Hizbu Təhrir”, “Əl Qaida” və başqa terror təşkilatlarını nümunə göstərmək olar. İHH-nın Azərbaycan və Cənubi Qafqaz bağlantılarının arxa bağçasında duran hədəflərin ucları Suriya, İraq, Oman, Sudan, Misir və digər Yaxın Şərq ölkələrində məzhəblər və təriqətlər arası savaşlarda görmək mümkündür. İnsani yardım altında beyinləri yuyulmuş soydaşlarımızı Qarabağ uğrunda savaşlarda deyil, İHH-nın yönəltdiyi dəhşət saçan terror aksiyalarında meydanlarında görmək mümkündür.

Avropadakı radikal islamçı təşkilatlanma

Osmanlı dövlətinin son çağlarının və çağdaş Türkiyənin dini baxımdan tarixini bilənlər də təsdiq edirlər ki, zamanla “Yaşıl Ordu” adı altında xilafətçi düşüncə Yaxın Şərq, Balkan və Qafqazda daim terror siyasətinə üstünlük vermişdir. “Soyuq Savaş” bitdikdən sonra, yenidən dirçələn xilafətçi zehin gündəmə gəlməyə başladı. Onlar fərqli rənglərə, adlara, quruluşlara malik olsalar da, hədəflərində yer alan “cihadçılıq”, yəni islam dinini sadəcə terror üzərində hökmlü bir mərtəbəyə qaldırmaq siyasətini gündəmə gətirməkdən çəkinməyiblər. Mövzumuz İHH adlı qurumla bağlı olduğu üçün, onun simasında din pərdəsi altında yürüdülən siyasətlərə aydınlıq gətirməyə çalışacağıq.
1993-cü ildə vaxtilə “xilafətçi” görüşlərinə görə sərt təqiblərə görə Türkiyədən Avropaya mühacirət etmiş bir qrup radikal islamçı Hollandiyada bir araya gələrək Almaniyanın Freiburg şəhərində “Internationale Humanitaire Hilfeorganization” (bu ad almancadır, qısaca İHH kimi tanınır) təşkilatını yaratdılar.

İlk addım kimi Bosniya-Hersoqovinada “müsəlman əhalinin azlığı”na yardım aksiyalarına başladılar. 1996-cı ilə kimi Hollandiya, Almaniya, Belçika, Danimarka, Fransa, Avstriya, Polşa, Norveç, İsveç, İtaliya və digər dövlətlərdə təmsilçiliklərini yaratdılar. Türkiyədə iqtidara gələn Nəcməddin Ərbakanın baş naziri olduğu zaman İHH-nın ayaq səsləri Türkiyədə eşidilməyə başladı. Beləliklə də İHH addım-addım mərkəzi qərargahını İstanbulda yerləşdirdi. 2004-cü ilə kimi bu qurum nizamnaməsi daxilində müstəqil olaraq çalışsa da, sonradan layihələr mafiyasına çevrildi. İndi demək olar ki, Avropada və Türkiyədəki 18 təmsilçilikləri sayəsində idarə heyətinin 40 nəfər üzvü vardır. Bundan əlavə, onların nəzarətində 1900 nəfər iş adamı, 10 min nəfər fəal tərəfdarı, 450 nəfər könüllü çalışanları vardır. 2017-ci ilin hesabatında qeyd olunduğu kimi qurumun büdcəsi 30 milyon avrodur. Dünyanın 30-a yaxın ölkəsində yoxsul insanlara humanitar yardımlar edir. O da bəllidir ki, İHH-nın nəzarətində olan məscidlərdə (xüsusilə Avropada) dindar əhalidən ianə kimi toplanılan yardımlar daha çox dini radikalizmin tüğyan etdiyi ölkələrdə sözdə “kasıb əhali”yə paylanılır. Əslində radikal islamçı çevrələr bu yardımlardan daha çox faydalanırlar. İHH-nın nəzarətində olan məscidlərdə həm də dini təhsil verməklə beyinləri yuyulmuş gənclər savaşa cihad üçün göndərilirlər. Çünki, məscidlərdəki “Quran öyrənmə kurs”larında gerçək islam dini deyil, “CİHAD” təlimlərinə üstünlük verilir.

Qafqaz və Azərbaycan süfrəsində İHH

C:\Users\User\Documents\xulase cari\cap\ihh-.jpg

Bu gün Türkiyədə fəaliyyət göstərən və savadsız əhalini zəli kimi soran bir sıra dinçi quruluşlar əslində “Xilafət İmperiyası” siyasətini yürüdən təsisatları həyata keçirməklə məşğuldurlar. Bu sırada İsmail Ağa Cemaati, Fethullah Gülen Grubu, İskender Paşa Cemaati, Erenköy Cemaati, Süleymancılar, İhlascılar, Kırkıncı Hoca ve Yazıcılar, Nakşibendi, Melamiler, Hakikatçiler, Hazneviler, Menzilciler, İcmalciler, Uşşakiler, Kadiri, Cerrahiler, Hizbül Tahrir, Tillocular, Galibiler, Halveti, Aziz Mahmut Hüdai, Hoca, Yeni Asyaçılar və digər toplam 100-ə yaxın qurumlar dolayı yolla İHH ilə bağlı layihələrdə yer alırlar.

1-ci “rus-çeçen savaşı” zamanı İHH ilk dəfə olaraq Qafqazda peyda oldu. Azərbaycan, Gürcüstan, Dağıstan, İnquşetiya, Qaraçay-Çərkəz, Kabarda-Balkarda önə çıxmağa çalışan İHH bütün diqqətlərini müharibə qaçqınlarına yönəltməyə başladı. Bu ailə üzvləri olan kişilərin savaşda olmasından sui-istifadə edərək, kimsəsizlərə yardım tipli humanitar dəstək hər kəsin xoşuna gələn əməllər idi. Ərzaq, dərman, geyim və müalicə məsələsində İHH-nın xüsusi qrupları gizli şəkildə dosyelər hazırlayırdılar. Ancaq kimsənin bütün bunlardan xəbəri yox idi. İHH-nın hansı gizli servislər tərəfindən idarə olunduqları elə bu gün də sirr olaraq qalır. Tək bilinən odur ki, harada İHH varsa, orada sonradan dünyanın müxtəlif ölkələrində radikal islam adına dəstək verdiyi dəstələr dəhşət saçan terror olaylarında onları görmək mümkündür.

Azərbaycan Respublikasının Zaqatala, Balakən, Qax, Şəki, Qusar və Quba rayonlarına İHH-nın xüsusi marağı sadəcə bu bölgə əhalisinin çoxunun əhli-sünnə olması deyildi. İHH bu bölgələrdə peyda olduqdan sonra, addım-addım vəhhabizim də gündəmə gəldi. Bölgə insanlarını tarixi əcdad kultunda yer alan şanlı ənənələri bu dəfə İHH tərəfindən “cızılmış” layihələrdə istifadə olunmağa başladı. Çünki qəhrəmanlıq göstərmək bu insanların şərəfi və namusu deməkdir. 1999-2002-ci illərdə Çeçenistan və Dağıstanda radikal islam adına Azərbaycandan gedən vəhhabi cihadçılar bu “qəhrəmanlıqları”n bir oyuna çevrildiyinin fərqində olmadılar. Çünki İHH sadəcə kasıb əhalidən məscidlərdə ianə toplamaqla deyil, həm də qanlı savaş meydanlarında silah, narkotik maddələrin və insan orqanlarının transplantiyası ilə məşğuldur. Bu barədə ilk dəfə 2014-cü ilin yanvar ayında Türkiyənin Hatay vilayətində yerli Jandarma Komandanlığı tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı İHH-nın əsil siması üzə çıxarılmışdı. Bu olayla bağlı ölkənin nüfuzlu “Radikal”, “Hürriyet” və digər qəzetləri, TV kanallar reportajlar yayınladılar. Aparılan araşdırmalar zamanı o da bəlli oldu ki, 2011-2014-cü illərdə İHH-nın Suriyaya humanitar yardım adı altında gizli biznesinin həcmi 100 milyon dollar ötüb.

Azərbaycan və Gürcüstanda İHH-nın himayəsi altında inşa edilən məscidlər (əsasən kənd yerlərində) bu gün demək olar ki, yerli hakimiyyət orqanlarının dünyəvi qanunlarını qəbul etməyən “camaat birlikləri” ilə əhatələnmişdir.

Türkiyə prezidenti Ərdoğan nədən İHH ilə qarşıdurmaya getdi?

2011-ci ildə İHH Fələstinə humanitar yardım adı ilə “Mavi Mərmərə” gəmisi ilə İstanbuldan yola düşdü. Ağ dənizdə İsrailə məxsus su sərhəddində yerli hərbi dəniz qüvvələrinin qanunla İHH-çıların durmaq tələbinə əməl etmədiyində gəmiyə odlu silahlardan atəş açıldı və əmrə tabe olmayanlardan xeyli insan həlak oldu. Beləliklə də Orta Şərqdə böhranlar daha da dərinləşdi. Türkiyə-İsrail ənənəvi əlaqələrinə çox böyük zərbə dəydi. Hətta böhran ozamankı baş nazir, indi ölkə prezidenti Rəcəb Təyyib Ərdoğanla İsrailin baş naziri ilə kəskin ittihamlarla üzləşdilər. Əslində Türkiyə və İsrail arasında illik ticarət dövriyyəsinin 2 milyard dollar olmasına zərbə vurulması üçün bu təxribatlar İHH tərəfindən təşkil edilmişdi. Digər yandan isə, Fətullah Gülənə bağlı bütün dəstələr “Mavi Mərmərə böhranını” gündəmə daşıyıb Türkiyədəki bütün dindarları, əşirətçiləri, sektantları bir araya gətirməklə ölkədə əsas güc sahibi olduqlarını nümayiş etdirmək istədilər. İHH isə bu oyunun önündə getdi.

C:\Users\User\Documents\xulase cari\cap\ihh.jpg

17 oktyabr 2011-ci il tarixdə İHH-nın sədri Fehmi Bülent Yıldırım Bakıda mətbuat konfransı keçirərək “Mavi Mərmərə” təxribatına Azərbaycanı da qatmaq üçün təşəbbüslər göstərdi. “Qəzza” məsələsini bəhanə edərək, Azərbaycan-İsrail münasibətlərinə kölgə salmağa cəhd etdi. Bakıda İHH-nın gizli qanadı olan “Asya Diyalogu Sosyal Birligi” adlı qurum tərəfindən bu tədbir keçirilmişdi.

İHH-nın Azərbaycandakı təmsilçisi Muhammed Hamza Nedimoğlu son illərdə Saatlı, Qəbələ, Quba, Tovuz, Sabirabad, Bərdə və digər rayonlarda dolayı yolla yeni təsislər qurmağa başlamışdır. İHH-nın təşkilati işlərini həyata keçirən “Akyazı Könüllüləri” adlı yeni bir hərəkat bu yöndə fəaliyyət göstərir. Mursel Özdemir və Emin Akbayrak Azərbaycanda İHH-nın qollarından biri olan “Damla Cəmiyyəti”nin vasitəsilə həmin hədəfləri həyata keçirirlər.

Sözdə humanizmdən, müqəddəs islamdan dəm vuran İHH istənilən anda “Mavi Mərmərə”yə bənzər təxribatlar törədə bilər. Bunun üçün İHH-nın hansı ölkədə təsisləri varsa, orada yerli sosial bazadan faydalanmaq inersiyası ilə hərəkət edəcək. Bunun Fələstin, Suriya, Çeçenistan, İraq, Somali, Yəmən, Tunis, Nigeriya və digər dövlətlərdə şahidi olduq.

© AzNews.az