Tehran rejiminin kiminlə ədavətinin olmasına görə Azərbaycan cavabdeh deyil. Tehran rejiminin kiminlə ədavətinin olmasına görə Azərbaycan cavabdeh deyil.

“Parstoday”ın qaranlıq hədəfləri - 1-ci yazı

Tehran rejiminin kiminlə ədavətinin olmasına görə Azərbaycan cavabdeh deyil.

Azərbaycanın coğrafi, tarixi ənənələrinə görə sosial, iqtisadi, mədəni və digər sahələrdə inkişafının təməl prinsipləri mövcuddur. Bunsuz ölkəmizin problemləri yerindəcə saya bilər. Bu prinsiplər aşağıdakılardan ibarətdir.

1. Azərbaycan Qafqazda yerləşdiyi üçün bölgə xalqları ilə mehriban qonşuluq prinsiplərinə üstünlük verməlidir.

2. Azərbaycanda XIX yüzilin ortalarından başlanılan demokratik-maarifçilik hərəkatının irəli sürdüyü avropalaşma çox vacibdir.

3. Azərbaycan Türk Dünyası ailəsinin üzvüdür.

4. Azərbaycan İslam Dünyasının bir parçasıdır. Dövlət atributumuz Bayrağımızdakı milli simvolika kimi xüsusi olaraq öz təsdiqini tapıbdır.

5. Etnogenez və biosfer nəzəriyyəsinin də təsdiq etdiyi kimi azərbaycançılıq dəyərləri dövlətimizin və xaricdə yaşayan soydaşlarımızın təməl görüşlərinin zirvəsidir.

1991-ci ildə müstəqilliymizi əldə etdikdən sonra, Azərbaycan bu prinsiplər əsasında öz dövlət siyasətini nizamlayır. Ona görə də xarici təzyiq formaları ölkəmizdə istədiyinə nail ola bilmir. Bütün bunlara baxmayaraq, inkişafımızı istəməyən, bəzən imkan əldə edən kimi arxadan zərbə vurmaqla strateji hədəflərini sərgiləyən bəzi güclər istədiklərinə nail olmaq xülyası ilə könül bulandırırlar.

Azərbaycan və İslam Dünyası bu gün

Dövlət müstəqilliyimizi qazandıqdan sonra, ötən müddətdə Azərbaycan İƏT (İslam Əməkdaşlıq Konfransı) və İSESKO ilə, Orta Şərq müsəlman dövlətləri ilə sıx əməkdaşlıq prinsiplərinə əməl edir. Elə bu əməkdaşlıq çərçivəsində bir sıra uğurlara imza atıbdır. Suriya, Misir, İraq, İordaniya, BƏƏ, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı, Liviya, Pakistan, Türkiyə və digər müsəlman ölkələri ilə bir çox uğurlu tərəfdaşlıq platformalaır inkişaf etdirilir. Türkmənistan, Pakistan, Türkiyə, Qazaxstan, Özbəkistan, Qətər, Bəhreyn, Qırğızstan və digər dövlətlərlə əməkdaşlıq çərçivəsində Azərbaycanın strateji müttəfiqinə çevriliblər. Təbii olaraq, Azərnbaycan bu coğrafiyaya aid olan ölkələrlə ikitərəfli anlaşmalara da üstünlük verir. İslam həmrəyliyi siyasəti ilə Azərbaycan İslam dünyasının vəhdətyaradıcı məkanı kimi bu dini dəyərlərin gerçəkdən bəşəri-humanist, mənəvi-əxlaqi dəyərlər olduğunu təsdiqləyir. Bu ideyaların təkcə islam coğrafiyasında deyil, bütövlükdə dünyada birgəyaşayış və sabitlik mühitini yaradan təsirli vasitə olduğuna inamı möhkəmləndirir. Ona görə də Azərbaycanın bir dövlət olaraq mövqeləri də güclənməkdədir.

Artıq bəzi müsəlman ölkələrində əvvəllər sezilən “ermənipərəst” baxışlar arxa planda qalıb. Azərbaycanın islam dünyasında mövqeləri artdıqca, ölkəmizə olan maraq və əməkdaşlıq imkanları güclənməkdədir. Son illərdə ərəb dövlətlərindən olan turistlərin axınının ölkəmizdə sabitliyin mövcud olması, bu sahədə infrastukturların inkişafı xüsusi önəm daşıyır. Ancaq, bununla yanaşı, müsəlman ölkələrindən qeyri ənənəvi təriqətlərin və məzhəblərin müdaxilə etməsi, dini radikalizm meyillərinə rəvac verməsi arzu olunan hal deyil. 2013-cü ildən İraq və Suriyadakı vətəndaş müharibəsi dönəmində radikal qruplaşmaların həmin ölkələrdə silahlı birləşmələrdə iştirak etməsi çox üzücü hadisə idi. Ancaq, onu da qeyd edək ki, radikal qruplaşmalarda iştirak edənlərin sayı gözləniləndən az oldu. İslam dövlətləri ilə əməkdaşlıq nəticəsində belə halların baş verməməsi üçün bir sıra anlaşmalar imzalanıb. Bu da öz növbəsində süni konfliktlərin yaranmamasına gətirib çıxarıb. Bu uğurları görməzlikdən gələnlər bəzən süni şəkildə ədavət toxumunu hələ də səpməkdə davam edirlər.

Tehranın astar üzündəki gizlinlər

Müsəlman dövlətlərindən, xüsusilə də ərəb ölkələrindən Azərbaycana turistlərin gəlişinin sayının artması turizm və turizm sənayesinin inkişafına böyük təkan verir. Yerli turizmə olan marağın əsas səbəbləri isə bunlardan ibarətdir:

1. Azərbaycan müsəlman ölkələri arasında ən sabit məkandır,

2. Azərbaycanın iqlimi və yerli adət-ənənələri müsəlman xalqları üçün əlverişli məkan olaraq tanınmaqdadır,

3. Turizm sahəsində dünyada tanınan ölkələrdən fərqli olaraq, Azərbaycandakı qiymət tarifləri və xidmət sektoru xeyli dərəcədə ucuzdur,

4. Azərbaycanda xarici investorlar üçün əlverişli imkanlar yaradılıbdır və bu istiqamətdə dövlət təminatı başlıca şərtlərdən biridir,

5. Azərbaycan və müsəlman ölkələrinin dini baxımdan yaxınlığı, mədəniyyətlər arası dialoq üçün münbit şərait mövcuddur,

6. Azərbaycanda kriminogen durum tamamilə iflasa uğramış vəziyyətdədir,

7. Azərbaycan üzərindən dünyanın istənilən ölkəsinə gediş daha sandır,

8. Xarici ölkə vətəndaşları üçün viza problemi demək olar ki, sıfr dərəcəsindədir.

Müsəlman ölkələri ilə Azərbaycanın qarşılıqlı əlaqələrinin inkişafı baxımdan Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, BƏƏ, Misir və Küveyt ön sıralarda yer tutur. Ona görə də bu ölkələrlə qarşılıqlı əməkdaşlıq perspektivləri mövcuddur. Təəssüflər olsun ki, qonşu İran Azərbaycanın islam dünyası ilə münasibətlərinə qısqanclıqla yanaşır. Çünki, Tehran rejimi din pərdəsi altında daha çox özünə məxsus ənənəvi dini təriqət meyarları ilə qarşılıqlı münasibətlərə üstünlük verir. Elə buna görə də islam ölkələri ilə problemli və mübahisəli məsələlərdə geridə qalır. O da bəllidir ki, “Bozorge Ariya” (Böyük Ariya) adlı doktrina 1925-1978-ci illərdə İranda hökm sürmüş pəhləvilər sülaləsinin dominant siyasəti olub. Yəni “irani” kimlik və “fars irqçiliyi” doktrinası bu ölkənin bütün müsəlman dövlətlərinə ideoloji təsir vasitəsi kimi qəbul olunub. 1978-ci il “23 Bəhmən İnqilabı”ndan sonra, bu strateji hədəf din pərdəsinə bürünüb.

Son zamanlar Azərbaycan Respublikasının müsəlman ölkələri ilə, xüsusən də Səudiyyə Ərəbistanı ilə imzaladığı anlaşmaları diqqətlə təqib edən Tehran rejimi hətta bu yöndə “Parstoday” Analitik İnformasiya Agentliyi vasitəsilə hesabatları gündəmə gətirməkdədir. Mərkəzin açıqlamasından belə çıxır ki, Azərbaycanın Səudiyyə Ərəbistanı ilə imzaladığı müqavilələr Tehran rejiminin əleyhinədir. Dərhal “bütün dünyanın müsəlmanları qardaş və bacıdırlar” şüarını unudaraq: “Riyad rejiminin Azərbaycanla əlaqələrinin inkişafı vəhhabizmin güclü mövqelərə çıxması deməkdir” iddiasını ortaya atır. Halbuki Bakı-Riyad qarşılıqlı təhlükəsizlik müqaviləsi Azərbaycanın bütün dövlətlərlə siyasətinin prioriteti deməkdir. Müsəlman dünyasında ən çox təhlükəyə, terrorizmə, ərazilərinin işğalına məruz qalan elə Azərbaycandır. 25 ildir bir milyondan çox əhalisi qaçqın-köçkün durumunda yaşamağa məcbur qalıb. BMT tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmasına baxmayaraq, Şuşa, Xankəndi, Ağdam, Əsgəran, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocalı və Xocavənd rayonları 25 ildir işğalçılıq siyasəti yürüdən Ermənistanın işğalındadır. Beynəlxalq birlik hələ də işğalçı dövlətin bu siyasətinin qarşısını almaqda gözdən pərdə asmaqda davam edir. “Parstoday” AİA-nın arxasında duran Tehran rejimi bütün bunları görməzlikdən gəlir. Ərəb dövlətləri ilə münasibətlərdə dərhal “cəfəri-şiə” planı gündəmə gətirilir. Heç Ermənistanla İranın iqtisadi, mədəni, ticarət, maliyyə və digər əlaqələrin sıx olduğunu isə dilinə gətirmir. Azərbaycanın ərəb dövlətləri ilə münasibətlərinin yüksək səviyyədə inkişafını qısqanclıqla qarşılayan Tehran rejimi Xəzər dənizinin status məsələsində ən azından ölkəmizin iqtisadi inkişafını 27 il geri atdığını nə tez unudur? Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiasını sərgiləyən Tehran rejiminin “Qafqazda İranın 17 şəhəri” doktrinası haqqında danışmağıına dəyməz. Bunun özü Azərbaycanın ərazi bütövlüyünü təhdid altına almaq deməkdir.

“HİLAL” kimin hilalıdır

Aypara bir rəmz kimi qədim dünya tarixində bir çox xalqların əsas simvollarından biri olub. Aypara simvoluna Sibir, Altay, Şərqi Türküstan, Xorasan, Qafqaz, eləcə də Misir, Şumer-Akkad və digər Orta Şərq ölkələrinin tarixində rast gəlinir. İslam dininin yaranışından sonra, aypara müsəlmanlığın simvollarından birinə çevrilib. İndi aypara simvoluna qısqanclıqla yanaşan Tehran rejimi Səudiyyə Ərəbistanı ilə olan ədavətini Azərbaycanın bu ölkə ilə münasibətlərinə kölgə salmaq üçün bir sıra fitnələri gündəmə gətirməyə çalışır. Elə “Parstoday” AİA-nın dərc etdiyi” tədqiqatalr”da da qeyd olunur ki: “Səudiyyə Ərəbistanı İsrail dövləti ilə isti münasibətlərə malikdir. Azərbaycanın burada yer alması İranın mənfəətinə qarşı atılan addımlardan biridir”.

Bunu demək lazımdır ki, Tehran rejiminin kiminlə ədavətinin olmasına görə Azərbaycan cavabdeh deyil. “Parstoday” iddia edir ki, Azərbaycan və Səudiyyə Ərəbistanı ilə münasibətlərin dərinləşməsi “əhalisinin əksəriyyətinin şiə olduğu Azərbaycan üçün təhlükə mənbəyidir. Yəni vəhhabiliyin güclü şəkildə artmasına gətirib çıxaraqacaq”. O zaman belə sual yaranır ki: “Azərbaycanın sabah Çinlə əlaqələrinin yüksək səviyyədə inkişaf etməsi yerli əhalinin dərhal buddist olmasınamı gətirəcək?”

Azərbaycanda və beynəlxalq aləmdə tanınmayan “Qəhrəman Nurani” adlı “Qafqaz üzrə mütəxəssis”in (görünür Tehran rejiminin gizli əlaltılarındandır) dili ilə “Azərbaycanın Pakistan, Əfqanıstan və Səudiyyə ilə əlaqələrinin inkişafına kölgə salan” analitik mövzular gündəmə gətirilir. Guya “İranın Orta Şərqdə sıxışdırılması” siyasətinə xidmət edir. Səudiyyə ilə Azərbaycan arasında imzalanmış 18 sənədi diqqətlə “incələyən” Tehran rejimi bu sənədlərin hər maddəsinə qaşrı alov püskürür. Halbuki Azərbaycanın iqtisadi əlaqələrinin inkişafına xidmət edən həmin anlaşmalar nəticəsində İslam İnkişaf Bankı, nəhəng şirkətlər və digər biznes dairələri ilə əlaqələrin sayəsində çoxsaylı uğurlar göz önündədir. Azərbaycan Respublikası Turizm Dövlət Agentliyinin də açıqladığı kimi, 2018-ci ildə ölkəmizə ərəb dövlətlərindən 500 min nəfərdən çox turist gəlib. Bu rəqəm orta hesabla 1.5 milyard dollar gəlirin əldə olunması deməkdir. Ölkə prezidenti İlham Əliyevin dediyi kimi, qeryri-neft sektorunun inkişafı ölkəmizin milli gəlir imkanlarının artmasına xidmət etməlidir.

Azərbaycanın görkəmli şairi, ustad Məhəmmədhüseyn Şəhriyar Tehran rejiminin bu hədəflərini görərək vaxtilə şeirlərinin birində belə bir misra işlədib:

Ey İran qəsrini əli ilə tikən,

İrandan hər zaman bəlalar görən.

“Parstoday” isə, ustad şairin bu misrasını ya heçə sayır, ya da öz ampulasında hədəflərini davam etdirmək niyyətindədir. Görünən odur ki, Azərbaycan bir dövlət olaraq kimsənin dediyi ilə deyil, özünün hədəfləri çərçivəsində böyümək və inkişaf etmək istəyir.

(ardı var)

Ə. Yusifoğlu