Ermənistan, Suriya, Ukrayna və Gürcüstandan 500 min erməni Türkiyədə yaşayır Ermənistan, Suriya, Ukrayna və Gürcüstandan 500 min erməni Türkiyədə yaşayır

Ermənilər Türkiyəyə nədən üz tuturlar

Ermənistan, Suriya, Ukrayna və Gürcüstandan 500 min erməni Türkiyədə yaşayır

Türkiyənin rəsmi çevrələrinin verdiyi açıqlamaya görə, son 25 ildə Ermənistandan 150 min nəfər erməni vətəndaşı ömürlük qardaş ölkədə yaşamaq üşün miqrasiya ediblər. Bundan əlavə, 2002-2008-ci illərdə İraqda yaşanılan dini, təriqət və digər faktorlara görə silahlı münaqişələr nəticəsində 10 min erməni Türkiyəyə üz tutub. 2008-ci ildən bu günə kimi Suriyada yaşanılan daxili silahlı çəkişmələr ucbatından 180 minə yaxın erməni (xristian və müsəlman ermənilər) Türkiyəyə miqrasiya ediblər. Gürcüstanın rəsmi dairələrinin açıqlamasına görə, bu ölkədən qonşu Türkiyəyə orta hesabla 80 min erməni köçüb. Ukraynanın mənbələrinə görə Krım böhranından sonra, ölkənin erməni vətəndaşları (xristian və amşen əhalisi) Türkiyədə yaşamağı tərcih ediblər. O zaman sual yaranır ki, ermənilərin kütləvi şəkildə Türkiyəyə miqrasiyasının arxasında nə durur? Nədən 200 ildir türk düşmənçiliyi siyasətinin mərkəzində duran ermənilər Türkiyəni seçmək zorunda qalıblar?

Vətənsizlik sindromu

Çar Rusiyası zamanı süni şəkildə “Qafqazda xristian əhalisi”nin məskunlaşdırılması ideyası irəli sürülmüşdü. Yaxın Şərqdən çox sayda erməni ailələrini, xüsusən Rus Pravoslav Kilsəsinin maraqları ilə uzlaşan Erməni Qriqoryan Kilsəsinə mənsub olanlara üstünlük verilirdi. Faktiki olaraq, Gürcüstan, Azərbaycan və indiki Ermənistan ərazisində süni şəkildə erməni əhalisinin sayı sürətlə artırıldı. Onlar əsasən Osmanlı İmperiyası ilə sərhəd bölgələrdəki hərbi strateji bölgələrdə yerləşdirilirdi. Bununla yanaşı, müsəlman əhalisindən alınan vergilərin sayəsində ermənilərin Cənubi Qafqazda öz kilsələrini inşa etmələrinə, “Qafqaz Albaniyası”nın tarixinə aid kilsələrin ermənilər tərəfindən işğalına dəstək verilirdi. Beləliklə, Çar Rusiyasının etiraf etdiyi kimi, 1830-1890-cı illər arasında 800 min erməni ailəsi artıq Güney Qafqazda məskunlaşdırılmışdı. 1890-1910-cu illər aralığında Osmanlı və Qacar imperiyalarındakı böhranların ucbatından sonra, Yaxın Şərq ölkələrindən ermənilərin kütləvi şəkildə axınlarının sayı dörd dəfə artdı. Misir, Hindistan, indiki Pakistan, Liviya, Livan, Suriya, İraq, İran, Oman, Sudan, Yəmən, İordaniya, Bəhreyn və Küveytdə yaşanılan vətəndaş müharibələri, iqtisadi, maliyyə və ticarət böhranları da ermənilərin kütləvi axınlarına səbəb olan amillərdən biri idi.

Çar Rusiyasının bir imperiya olaraq çöküşünün qarşısını almaq üçün “erməni könüllü hərbi birləşmələri” müstəsna rol oynayırdılar. 1828-1829, 1853-1856, 1877-1878, 1914-1918-illərdə rus-türk müharibələrində ermənilər rus hərbçilərindən daha fəal döyüşüblər. Bunun səbəbi Çar Rusiyasının onlara Qafqazda torpaq və mülkiyyət hüququnu verəcəyi vədləri idi. O da bəllidir ki, Çar Rusiyası və Sovet İttifaqı dönəmində ermənilər Qafqazda məskunlaşdıqları bölgələrdə hər hansı quruculuq işləri görməyiblər. Sanki “kirayənişin” olduqlarını genetik və intuitiv şəkildə hiss ediblər. Budur, aradan 18 il ötüb və ermənilər sadəcə Azərbaycan və Gürcüstandan kütləvi şəkildə köçüb getmirlər. Elə qondarma Ermənistanın özündən son 28 ildə 2.5 milyon nəfər erməni əhalisi Rusiya, Ukrayna, Belorus, Qazaxstan, Moldova, Almaniya, Polşa, Fransa, İtaliya, Kanada, ABŞ, Avstraliya, Yeni Zenlandiya və digər ölkələrə icmalar şəklində köç ediblər.

İstanbul erməniləri də ağuşuna alır

C:\Users\User\Documents\xulase cari\cap\ermnt=.jpg

Bu gün İstanbulda faktiki olaraq, 16 erməni orta məktəbi fəaliyyət göstərir. 10 il öncədən fərqli olaraq həmin məktəblərə gələn erməni şagirdlərinin sayı sürətlə artmağa başlayıb. Bunun əsas səbəbi Ermənistandan Türkiyəyə miqrasiya etmiş erməni ailələrinin övladları sayəsində baş tutub. O da bəllidir ki, Ermənistan və Gürcüstandan köçən erməni əhalisi Türkiyənin Trabzon, İzmir, Muş, Diyarbəkir, Elazığ, Malatya, Baxçasaray, Müküs, Göldüzlu, Dinlence, Anı,Saimbeyli, Aktamar, Görüşlü, Kayseri, Muş, Bursa və digər şəhər-qəsəbələrində məskunlaşıblar. Ermənistan və Gürcüstandan sadəcə erməni qadınlarının köçüb gəldikləri söylənilsə də, gerçəklik belə deyil. O da maraqlıdır ki, ermənilər haraya köçürlərsə, orada dərhal məhəllələr salmağı tərcih edirlər.

İstanbulun Kınalıada, Büyükada, Beyoğlu Katip Mustafa, Kamer Hatun, Şehit Muhtar, Asmalı Mescit, Fatih Ayvansaray, Fatih Koca Mustafapaşa, Fatih Mimar Hayrettin, Fatih Şehsuvar Bey, Fatih Muhsine Hatun, Fatih Koca Mustafapaşa, Fatih Seyyid Ömer, Fatih Yedikule, Fatih Topkapı, Fatih Aksaray, Kadıköy Osmanağa, Kadıköy Caferağa, Beşiktaş Sinanpaşa, Beşiktaş Mecidiye, Beşiktaş Ortaköy, Beşiktaş Mecidiye, Şişli Duatepe, Şişli Halaskargazi, Sarıyer Yeniköy, Sarıyer Emirgan, Sarıyer Yeniköy, Sarıyer Büyükdere, Üsküdar Murat Reis, Üsküdar Selamiali, Beykoz Merkez, Bakırköy Yeşilköy, Bakırköy Zeytinlik, Zeytin Burnu Seyitnizam, Eyüp Nişanca, Sarıyer Büyükdere məhəllələrində son 25 ildə məskunlaşan ermənilər Ermənistan, İran, Ukrayna, Rusiya, Özbəkistan, Qazaxstan, Moldova, Suriya, Rumıniya, İraq, Liviya, Misir, İordaniya, Küveyt, Hindistan, Bolqarıstan və digər ölkələrin vətəndaşlarıdırlar.


Qeyri -rəsmi məlumatlara görə, artıq yerli və miqrant ermənilərin Türkiyədə toplam sayları milyon nəfərə yaxınlaşıb. Bunun səbəblərindən biri Rusiya, Ukrayna, Moldova və digər ölkələrdə ermənilərin yetərincə kilsələrinin olmamasıdır. Xüsusilə Rusiyada ermənilər son illərdə ruslaşmağa və assimliasiyaya məruz qalırlar. Elə digər ölkələrdə də durum belədir. Gürcüstanda gürcüləşən ermənilərin sayının artıq yüz min nəfəri ötdüyü bildirilir. İstanbulda və Türkiyənin digər bölgələrində erməniləri belə bir aqibət gözləmir. Digər faktor isə, xristian ölkələrində yerli Apostol Kilsəsi mövcud olduğu halda, ermənilər üçün əlavə Apostol Kilsəsinin inşaatına izin verilmir. Bunu dini baxımdan və kilsə idarəetməsi sistemi baxımdan düzgün hesab etmirlər.

Məşhur ermənişünas, tarixçi etnoqraf Bondo Arveladze açıq şəkildə qeyd edir ki: “Gürcüstanda yerli Apostol Kilsəsi mövcuddur. İndi ermənilər də xristian olduqlarını bəhanə edərək əlavə bu statusda kilsə strukturunun yaradılması üçün canfəşanlıq edirlər. Biz çox yaxşı bilirik, kafedral statusunu əldə edən kimi, ermənilər Gürcüstanda ikinci “Qarabağ sindromu”nu yaratmağa çalışacaqlar. Sonda “Abxaziya”, “Cənubi Osetiya” tipli etnilk separatizm siyasətinə “Erməni Cevaxk Respublikası” əlavə olunacaqdır. Kvemo Kartli (Borçalı) vilayətində yerli əhalinin 90 faizi müsəlman türklərdir. Onlar Gürcüstanın 1918-1920 və 1991-1994-cü illərdə dövlət müstəqilliyi zamanı gürcü xalqına dəstək veriblər. Ermənilər isə, hər dəfə Gürcüstanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çıxıblar. Ermənilərə məxsus yetərincə kilsərələr var və onlar istədikləri kimi həmin kilsələrdə ibadətlərini edirlər”.

Türkiyədə erməni rəzaləti

C:\Users\User\Documents\xulase cari\cap\ermnt (1).jpg

Miqrant ermənilər burada yerli erməni cinayətkar və kriminal qruplaşmalarının dərhal nəzarətinə götürülürlər. İstanbulda erməni dilində dərc olunan “Aqos” qəzetinin yazarı Hraq Papazyanın etiraf etdiyi kimi, ermənilər üç qrupa bölünürlər.

1. Lozanna sazişi ilə tanınan “xirsitan azlığı” (ermənilər),

2. Ermənistan və digər ölkələrdən köçüb gələn erməni əhalisi,

3. “Amşen ermənilər” (müsəlman ermənilər).

Xristian ermənlərin tək anladığı “xristian inancı”nı daşımalarıdır. Ermənistandan və digər dövlətlərdən köçüb gələnlər isə, sadəcə insan kimi yaşamaq fikrində olduqlarını və buna görə də Türkiyəni seçdiklərini bilrirlər. Üçüncü qrup ermənilər isə özlərini “erməni” və ya “kürd” olduqlarını zənn edirlər. Hraq Papazyan onu da qeyd edir ki, xristian ermənilər “ortodoks”, “katolik”, “siriyani”, “yevangelist” və digər xristian kilsələrinə mənsubdurlar. Bu faktın özü sübut edir ki, Türkiyədə yaşayan xristian ermənilər ortaq mövqedə deyillər.

Erməni məsələsi ilə bağlı müstəqil araşdırmaçıların fikrincə Türkiyədə yaşayan miqrant erməni əhalisi əsasən iki qrupa bölünür:

1. İstanbul, İzmir, Ankara, Diyarbəkir, Bursa, Ege dənizi və Ağ dəniz sahillərindəki kurort məkanlarında məskunlaşan ermənilər. Onlar əsasən turizm biznesinə aid kafelər, barlar və restoran şəbəkələrində musiqiçi, aşbaz, mövsümi mağazalarda çalışanlardır və eyni zamanda peşəkar “fahişəliklə” məşğul olanlardır (qeyri rəsmi məlumatlara görə onların sayı 50 min nəfərdən çoxdur).

2. Ermənilərə məxsus kiçik istehsal müəssisələrində qeyri rəsmi şəkildə gündə 14-15 saat işləmək məcburiyyətində qalan miqrant ermənilərdir. O da bəllidir ki, miqrant ermənilər həmin müəssisələrdə qanunsuz işlədikləri üçün “susmağa” məcburdurlar. Vergi polisi istənilən an onları ölkədən depoertasiya edə bilər.

Uzun illər İrəvandakı orta məktəblərin birində ədəbiyyat müəlliməsi işləyən Lilit Poqosyan bildirir ki, İstabulun “Laləli Məhəlləsi”ndə yerli erməni iş adamlarına məxsus kiçik istehsal müəssisələrində gündəlik 14-15, bəzən də 16 saat işləməli olurlar. Ona görə ki, əri Tiqran uzun müddətdir Rusiyada işləmək üçün getsə də, son illər ailəsinə bir quruş da olsun pul göndərmir və İrəvandakı 2 otaqlı evini sataraq 3 uşağı ilə birlikdə İstanbula köçüb. “Laləlidəki geyim sexində tək özüm deyil, mənim kimi yüzdən çox qadın işləyir. Həftədə bir dəfə istirahət günü olur. Yəni Bazar Günü. Həmin gün öncə məcburi şəkildə kilsəyə getməliyik. Kilsədə isə ümumerməni mənfəətlərinə görə yardım etməyimiz tələb olunur. Başqa kilsələrdə xristian əhalisi belə tələblər və şərtlərlər qarşılaşmırlar. Kimin imkanı varsa, yalnız o kilsəyə istədiyi qədər ianə verir”.

Kumkapıda bir gün

İstanbulun Kumkapı məhəlləsində “Erməni Yevangelist Kilsəsi”nin dəstəyi ilə qatı antitürk erməni jurnalist “Hrant Dink adına Erməni Məktəbi” fəaliyyət göstərir. 1975-ci ildə bu məktəb dövlətin təzyiqi ilə bağlanmışdı. Ona görə ki, həmin məktəb ASALA erməni terror təşkilatının İstanbuldakı əsas yuvası hesab olunurdu. Türkiyənin xüsusi xidmət orqanları çoxsaylı faktlar əsasında buranın bağladılması tələbini irəli sürmüşdü. İndi 10 ildir məktəb yenidən fəaliyyətini bərpa edib. Məktəbdə hər şey ermənilərin maraqlarını əks etdirir. İstanbulda yaşayan Aleks Uzuroğlu və Yevangelist Erməni Kilsəsinin apostolu Qriqor Ağabaloğlu (Ağabalyan) bu məktəbi himayə edirlər. Məktəbin missiyası erməni uşaqlarının assimliasiyaya məruz qalmaması, onların xəyali “Böyük Ermənistan” idealı ilə böyüməsidir. Bizi təəccübləndirən əsas məsələ “Avrasiya Yardım Fondu” və İstanbul Universitetinin nəzdindəki “Qlobal Siyasi Ənənələr Mədəniyyət Mərkəzi”nin ermənilərə xüsusi maraqla yanaşması oldu. Hər iki qurumun Krım tatarlarının, İraq və Suriyadan miqrant kimi gəlmiş türkmanların durumu ilə nədən maraqlanmadıqlarını soruşduqda: “Bizim proyekt əsasən erməni məsələsidir” cavabını verdilər.

İstanbul Universiteti ilə bağlı apardığımız araşdırmalar zamanı bəlli oldu ki, burada mədəniyyət sektorunda çoxlu sayda erməni mütəxəssislər çalışırlar və onlar öz soydaşları ilə bağlı heç bir əziyyət çəkmədən universitetin maliyyə dəstəyi ilə bir sıra proyektlərdən istifadə edirlər.

Kumkapıdakı erməni məktəbinin direktor müavini Donara Beburyan isə etiraf etdi ki, bu məktəbdə 10 nəfərdən ibarət pedaqoji kollektiv fəaliyyət göstərir. Burada şagirdlərə rus, ingilis və erməni dillərində dərs keçdiklərini bildirdi. “Bəs nədən türk dili tədris olunmur” sualımıza isə: “Hələ ki, İstanbulu özümüzə vətən hesab edə bilmirik” cavabını verdi. Donara Beburyan bir həqiqəti də etiraf etdi: “Ermənistan və Gürcüstandan Türkiyədə yaşamaq və işləmək üçün gələn ermənilərin çoxu ixtisasca müəllimdirlər”.

25 yaşlı və ixtisasca tarix müəllimi olan David Xaçatryanın söylədikləri Ermənistanla bağlı əsil gerçəkliyin aynasıdır: “Mən Ermənistanda şərəfli bir həyat yaşamaq üçün heç bir imkan əldə edə bilmirəm. Ona görə də İstanbulda yaşayan ailəmə qoşulmaq üçün gəldim. Atam İstanbulda çəkməçi, anam isə varlı evlərində dayə işləyirlər. Burada ilk addım olaraq müəllim işləyirəm. Dərsliklər Ermənistandan gətirilir. Dini təhsil isə sadəcə kilsədə keçirilir. Hər uşaq ayda təhsil haqqı kimi 60 dollar ödəyir. Bu rəqəm bizim üçün çox az olsa da, digər məsrəflərimizi kilsə ödəyir. Təbii olaraq, kilsəyə hər bazar günü ianə verənlər var və onların ödədikləri vəsaitdən bizə də çatır”.

“Aqos” qəzəetinin redaktoru Baqrat Estukyan isə bildirir ki, artıq erməni dili Türkiyədə muzey eksponatına çevrilib. Baxmayaraq ki, Türkiyədə bu gün 18 erməni orta məktəbi var və burada toplam 3 min nəfər şagird təhsil alır, ildən ilə məktəblərimizə gələnlərin sayı azalmaqdadır. Hətta Ermənistandan gələn ulşaqlar 4-5 ildən sonra ana dillərini də yadırğayırlar.

Ə. Yusifoğlu