1992-1993-cü illərdə Azərbaycan bir dövlət olaraq ərazi bütovlüyünü bərpa etmək üçün mübarizə apardığı bir dönəmi yaşayırdı. 1992-1993-cü illərdə Azərbaycan bir dövlət olaraq ərazi bütovlüyünü bərpa etmək üçün mübarizə apardığı bir dönəmi yaşayırdı.

Qürbətdəki provakatorların fitnələri

1992-1993-cü illərdə Azərbaycan bir dövlət olaraq ərazi bütovlüyünü bərpa etmək üçün mübarizə apardığı bir dönəmi yaşayırdı.

Çünki, bədnam “Dağlıq Qarabağ” uğrunda Ermənistan və ona dəstək verən bir sıra xarici ölkələr bir yandan Azərbaycan Respublikasına rahatlıq vermir, digər yandan isə, “Cənubi Qafqaz piroqu” adına regiona nəzarət uğrunda çoxgedişli planları həyata keçirirdilər. Bütün bunlar azmış kimi, Azərbaycanın daxilində saxtakarcasına etnik-liqvistik zəmində partiyalar qurulur, etnik münaqişələrə səbəb ola biləcək addımlar atılırdı. Bu qədər çətinliklərin öhdəsindən qüdrətli dövlət xadimi, beynəlxalq və regional problemləri necə aradan qaldırmağın böyük təcrübəsinə malik Heydər Əliyevin hakimiyyətə gəlişi ilə son qoyuldu.

Ermənilərin “Federal Azərbaycan xülyası”

Ermənistan dövləti və xaricdəki erməni diasporu birlikdə beynəlxalq təşkilatların adından sui istifadə edərək yenidən Cənubi Qafqaz ssenarilərində aktiv olmaq üçün hərəkətə keçiblər.

1993-cü ilin yayında qondarma “Dağlıq Qarabağ” siyasətinə dolayı yolla dəstək verən “TMR” (Talış-Muğan Respublikası) ideyasını elan edənlər bu gün də keçmişdəki mövqelərindən çıxış edirlər. Hollandiyada məskunlaşmış Əlikram Hümbətov və Ataxan Əbilovun fərqli mövqelər nümayiş etdirmələrinə baxmayaraq, Azərbaycan dövlətinə olan münasibətləri dəyişməz qalıb. Əlikram Hümbətov bu dəfə qondarma “Talış-Muğan
Mühacir Hökuməti” adlı macəraçı bir qurum yaratmaqla daha irəli gedərək özünə firəvan həyat şəraiti yaratmaqla məşğuldur. Ataxan Əbilov ondan geri qalmamaq üçün qondarma “DQR” rejiminin dəstəkçisi rolunda çıxış etməyə başlayıb. Belə ki, 6 fevral 2019-cu il tarixdə Ataxan Əbilov özünə məxsus “Facebook” sosial şəbəkəsində “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatının 2018-ci il hesabatına “istinad”
edərək qondarma “DQR” rejiminin separatçı siyasətini açıq şəkildə dəstəkləyir. Onun bu fikirlərini dərhal talış etnik separatizmi ideyalarını təbliğ edən bir sıra sosial şəbəkələr və internet resursları günün mövzusuna çeviriblər. Daha sonra isə, Ermənistana məxsus KİV-lər də geniş şəkildə həmin baxışları reklama çeviriblər.
Ataxan Əbilov görün nə deyir: “Ermənistanda Serj Sarkisyanın istefasına nail olunmuş və bu ölkədə vətəndaş azadlıqların genişlənməsinə gətirib çıxarmışdır. Belə bir vəziyyət Azərbaycan-Ermənistan münaqişəsinin dinc tənzimlənmə şansına maneədir. Çünki Dağlıq Qarabağ erməniləri heç bir vaxt avtoritar Azərbaycan şəraitində yaşamağa razı olmayacaqlar”. Onun Azərbaycan dövlətçiliyinə qarşı bu məzmunda fikirlərini bir gün
sonra separatçı saytlar tirajlayıbdır.

Ermənistana məxsus əksər KİV-lər dövlətin və xaricdəki erməni diasporunun “Federal Azərbaycan” taktikasının arxasında duran başlıca strateji hədəf “Dağlıq Qarabağ rejimi”ni qorumaqdan ibarətdir. Ona görə də, Azərbaycan Respublikasında yaşayan milli azlıqların bəzi nümayəndələrini öz tərəfinə çəkərək ideyalarını
ictimailəşdirməyə çalışırlar. Bu məqsədlə də “etnik azlıqların hüquq və azadlıqları” adı altında min bir fitnə toxumunu səpməyə çalışırlar. Əlikram Hümbətov və bandasının bu istiqamətdə atdığı addımları Ermənistan KİV-ləri təqdir etməklə yanaşı, Azərbaycanda yaşayan etnik azlıqların “hüquq və azadlıqları” barəsində beynəlxalq təşkilatlara “hesabatlar” belə göndərirlər. Bu qədər fitnə-fəsad səpən Ermənistan tərəfi onu da yaxşı dərk edir ki, nəinki Qarabağın azadlığı, eləcə də Cənubi Qafqaz regionunda öz mövqelərini addım-addım itirməkdədirlər. Belə olmasaydı, ötən 25 il ərzində Ermənistanı 2.5 miyon nəfər tərk etməzdi. Bu gün faktiki olaraq ölkə əhalsinin sayı 4 milyondan 1.7 milyon nəfərədək azalıb. Öz ölkəsində tədricən milli azlığa çevrilən ermənilərin həyacanı məhz bundan ibarətdir. Çünki erməni xalqının özü belə, Ermənistanda yaşamaqdan bezib.

Avropadakı “siyasi reketlər” və “TMMH” makler kontoru

Qondarma “TMMH” (Talış-Muğan Mühacir Hökuməti) adı altında Əlikram Hümbətov əməlli başlı özünə biznes qurub. Azərbaycan Respublikasının vətəndaşı olan bəzi macəraçılardan kim Avropada “siyasi mühacir” statusu almaq istəyirsə, qondarma “TMMH”-nin adından çıxış edən “maklerlər”ə yol taparaq bu məsələni asanlıqla həll edə bilirlər. Əldə etdiyimiz məlumatlara görə, Avropada “TMMH” rəhbərliyinin verdiyi arayış
nəticəsində rahatlıqla status almaq mümkündür. Hər arayışın qiyməti isə, orta hesabla 2-3 min avro arasında dəyişir. Digər sənədləşmələri Əlikram Hümbətovun şəxsi mülkü kimi tanınan “TMMH” adlı makler kontronun əməkdaşları həyata keçirirlər. Bir də macəraçılardan Ermənistanı və qondarma “DQR”-i tərifləmək tələb olunur.

Bunun üçün onlara “TMMH” kontoru tərəfindən xüsusi təlimatlar keçirilir. Belə bir düsturla digər milli azlıqları təmsil edən xalqların nümayəndələrini “cəlb” etmək üçün xüsusi layihələr də hazırlanmaqdadır. Bu barədə indiki şəraitdə mümkün qədər “susqun” görünən Leyla və Arif Yunuslar “ailə şirkəti” də hazırlıqlar görürlər.
İndiki məqamda Əlikram Hümbətov və onun reket makler dəstəsi ilə Leyla-Arif Yunusların podratçı ailə qrupu arasında kəskin rəqabət meydana çıxıbdır. Əsas məsələ beynəlxalq insan haqları təşkilatlarını necə və hansı yollarla “qandırmaq”dır. Hələlik Leyla-Arif Yunusların podratçı ailə qrupu “AND” (Azərbaycan Naminə Demokratiya) sərgüzəşti proyektində yer alanlarla birgə çalışırlar. Ancaq o da bəllidir ki, fürsət əldə edən kimi daha geniş masştabda hərəkətə keçməyi hədəf seçdiklərini gizlətmirlər.

Ermənistanda hakimiyyətin dəyişməsini bəhanə edərək Azərbaycan Respublikasında bu istiqamətdə addımların atılmasını sərgiləyən siyasi reket-maklerlər bulanıq suda balıq ovlamaq üçün, indiki məqamda “etnik azlıqlar” proyekti ilə hərəkət edirlər. Halbuki, etnik parçalanma siyasəti daha çox Ermənistanın mövcudluğunun qorunmasına doğru hesablanmış bir strateji hədəfdir. Demokratiya, insan azadlıqları və milli azlıqların hüquqlarının qorunması məsələsində bu siyasi reket-maklerlər bircə dəfə də olsun öz səmərəli təklifləri ilə çıxış etməyiblər. Ona görə ki, Azərbaycanın mövcud qanunlarını ya görməzlikdən gəlirlər, ya da Ermənistanın xüsusi sifarişlərini həyata keçirirlər.

Ataxan Əbilovun “az aşın duzu” olmamaq üçün bu gün Əlikram Hümbətovla rəqabətdə olması və onun demokratiyanı müdafiə etmək kimi cəhdləri son açıqlamasında hansı niyyətləri güddüyünü bir daha təsdiq etdi.

Bu, qondarma “DQR” rejimini qorumaqdan ibarətdir.

Ə. Yusifoğlu