- Araşdırma
- 1 Oktyabr 2019 14:07
- 27 493
“Ar-Rad” tribunasından atılan çamurlar
Orxan Məmmədov, Əkrəm Hacızadə və başqa bu kimi şəxslərlə “Xəyanət Şurası” arasında heç bir fərq yoxdur.
Dini maarifləndirmə əvəzinə, insanların inancları ilə siyasi alver edənlər tək bir amacı irəli sürürlər. Bu, Azərbaycanda qanunla seçilmiş hakimiyyətin devrilməsindən ibarətdir.
Həmin antidövlət təbliğatını aparanlardan biri də “Ər-Rad” adlı internet Tv kanalıdır.
“Ər-Rad Tv”, “ƏzraiI Tv”, “Zehra Tv”, “Parstoday radio”, “Zuhur Tv”, “Azeri-Sahar Tv”, “Nur-Az Tv”, “Ahli Beyt Tv”, ehliwie-samux.com, fegih.com, muselmanlar.com, kovser.az, al-shia.org, islamtimes.org, islamevi.az, islaminsesi.org, deyerler.org, azadxeber.az, faktxeber.com, sonumid.az, yenisharq.az, qadirxum-azeri.com, imamhuseyn.org, haqqyolu.org, imammehdi.tk, burhan.az, saidnur.az, fgulen.com, namazqil.com, hilal.az, ixlasla.com, ehlitevhid.com, dinifetvalar.com, najaf.org, historylib.com, aqaed.com, m-mahdi.com, balaghah.net, holynajaf.net, holykarbala.net, basrahcity.net, yazahra.net, imambaqer.net, montazar.net, husna.net və digər onlarca saytlar dini mövzular adı ilə yarışa girərək Azərbaycan dövlətçiliyinin təməl prinsiplərinin çökdürülməsi tipli genişmiqyaslı təbliğatlar aparırlar. Bu dini şəbəkələrdə ictimai-siyasi təbliğatların məqsədi Azərbaycanın milli dövlət strategiyasını gözdən salmaqdan ibarətdir. Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan, Azərbaycan-Avropa ilə münasibətlər yüksək səviyyədə qurulan kimi dərhal bu şəbəkələr hərəkətə gətirilir. Mövhumatçı ideologiyanın virusuna yoluxmuş soydaşlarımız da bu yalanlara inanmaq zorunda qalırlar.
Əsas məqsəd Azərbaycan vətəndaşları arasında dövlətə inamsızlığı yaratmaq, bu prosesi dərinləşdirməkdir. Zahiri baxımdan “müsəlman birliyi” ideyasını təbliğ etməklə strateji uzantılarını fərqli məcraya yönəltmək kimi hədəflər irəli sürülür. Apardığımız araşdırmalar sonucunda bəlli olur ki, dini baxımdan təbliğatlar aparan bu sosial şəbəkələrin heç birində Azərbaycanın köklü problemlərinin həlli istiqamətində maarifçilik məsələləri qaldırılmayıb. Qarabağ probleminin həllində cəmiyyətimiz üçün vacib olan problemlər gündəmə gətirilməyib. Millət və din, dövlət və din mövzularının müasir standartlara uyğunlaşdırılması məsələsi ümumiyyətlə qeyd olunmur. Bu sosial şəbəkələrdə din pərdəsi altında Yaxın Şərq ölkələrində mövcud olan diktator rejimləri və onların ideoloji hədəfləri daha çox önə çəkilir. Həmin ölkələrdə dini fanatizmi təbliğ edən xadimlərin ideoloji təbliğatları başlıca hədəf kimi təbliğ edilir.
Suriya, Yəmən, Livan, Fələstin, İraq və digər Yaxın Şərq ölkələrində son illərdə dini baxımdan daha radikal mövqe tutan terrorçu qruplaşmaların ayaq səslərinin məhz bizim ölkəmizdə, Azərbaycanda gündəmə gətirilıməsi yaxın gələcəyimiz üçün dəhşət saçan faktorlardan birinə çevrilə bilər. Azərbaycan dövlətinə qarşı atılan bu addımlarda “Hüseyniyyun” adlı terror qrupunun əməlləri bu acı həqiqətləri ortaya qoyub. 2017-ci ildən etibarən dalğavari şəkildə bu şəbəkənin əməlləri göz önündədir. “Hüseyniyyun” terror qrupunun üzvlərinin Suriyada radikal dini qruplaşmaların tərkibində keçdiyi hərbi təlimlərlə bağlı sosial şəbəkələrdə xeyli sayda faktlar mövcuddur. Bu gün həmin radikal dini qruplaşmaların aparıcı söz sahibi “Ar Rad TV” adlı fitnə tribunasıdır. Vaxtilə İranın Qum, İsfəhan, Yəzd, Şiraz, Kirmanşah, Rəşt, Zahedan, İslamşəhr, Gürqan, Kəşan, Xürrəmabad, Sari, Şəhri Qods, Məlard, Borucerd, Xomeynişəhr, Vəramin, Babol, Amol, Nəcəfabad, Rəfsəncan, Zabul, Şahrud, Pardəşt, Mərvdəşt, Şəhriza, Çəhrom, Dorud və digər bölgələrində dini təhsil almağa gələn Azərbaycan Respublikası vətəndaşları təəssüflər olsun ki, sonradan Suriya, İraq, Livan, Yəmən, Fələstin və başqa ölkələrdəki radikal dini qruplaşmaların sırasına qatılıblar. Çünki həmin təhsil ocaqlarında inanclı və imanlı gənc vətəndaşlarımızın beyni peşəkar səviyyədə yuyulmuşdur. Onlardan biri də bu gün “Ar Rad TV” kanalında icmalçı statusu ilə çıxış edən, Azərbaycan dövlətçiliyinə hər gün minbir çamurlar atan, özlərini saxtakarcasına “ilahiyyatçı” adlandıran Orxan Məmmədov, Əkrəm Hacızadə və başqalarının bir araya gələrək “Düşmən bizi necə idarə edir”, “Pakistan necə təbliğ olunur”, “Azərbaycan İŞID terrorçularına silah yardımı edib”, “Azərbaycan Avropadan aldığı silahı Yəmənə ötürür”, “Yunis Səfərovu müdafiə edək”, “Azərbaycanda Hizbullah Bayrağı”, “İŞID-ə qarşı döyüşən azərbaycanlılar”, “Elmar Vəliyevin cəzalanmasının fəlsəfəsi”, “İslam və bullinq”, “İslahatlar şeytan addımıdır”, “Yunisin işini dəstəkləyirik”, “Cavabsız qalmayacaqsınız” və sair mövzularda apardıqları verilişlərlə ideoloji təxribat və pozuculuq işi görürlər.
Azərbaycanda və bütün Şərqdə maarifçilik hərəkatının təməlini qoymuş Mirzə Fətəli Axundzadən başlayan milli şüurun oyanışı proseslərini çox kəskin şəkildə tənqid və təhqir etməkdən belə çəkinmirlər. “Ar Rad TV” kanalında yayımlanan bütün verilişlərdə müasir Azərbaycan dövlətçiliyinin maraqları deyil, Tehran molla rejimi ilə uzlaşan hədəflərə daha çox üstünlük verilir. Beləliklə də Azərbaycanın beynəlxalq miqyasda bir dövləıt olaraq gördüyü işlərə “kölgə” salınır və bütün bunlara dolayı yolla çamurlar atılır.
“İkinci Nardaran” və “Gəncə planı”
Azərbaycan Respublikasında dini fanatizmlə yanaşı, ölkəmizi orta əsrlərin çamurlarına doğru sürükləyən ideoloji cəbhə açmaq istəyən Tehran molla rejimi bu dəfə taktikasını dəyişərək Gəncəni hədəf seçib. Milli genefondumuzu və dəyərlərimizi incəliklərinə qədər araşdıran Tehran universitetlərinin nəzdində fəaliyyət göstərən “strateji mərkəzlər”in gəldiyi qənaət budur ki, Azərbaycanda daim dini pərdə altında təlatümlü proseslər gündəmə gətirilsin. Hər hansı bir dini qruplaşmanı mümkün qədər radikallaşdırmaq və onların əli ilə silahlı terror katları törətmək və bunun ardından “günahsız dindarların hüquqlarının müdafiəsi”ni təşkil etməklə bir sıra hədəflərə nail olmağa çalışılır. Yunis Səfərov və onun qrupu belə bir siyasətin qurbanlarıdırlar. “Siyasi Məhbusları Müdafiə Mərkəzi” adlı bir saxtakar qurum var. Həmin qurumun hesabatında “Gəncə işi” terror qruplaşmasının üzvlərinin adları “siyasi məhbus” kimi qeyd edilib. Çünki həmin siyahını AİP (Azərbaycan İslam Partiyası) sədrinin müavini, Tehran molla rejimi ilə ciddi əlaqələrə malik olan Rövşən Əhmədli və “Azərbaycan Ziyalı Hərəkatı”nın sədri, “İslamçı məhbusların hüquqlarının müdafiə mərkəzi”nin sədri Eldəniz Quliyev birlikdə hazırlayıblar. Bu qondarma siyahıda “67 inanclı məhbus” kəlməsi xüsusi yer tutur. Belə bir siyahının hazırlanmasında iştirak edənlərin əksəriyyəti özlərini ana müxalifət cildinə girmiş “Milli Şura”nın üzvləridirlər. Beləliklə də aydın olunur ki, bu şuranın əsil adı “Xəyanət Şurası”dır. Dövlət quruluşu və Konstitusiyaya qarşı çıxaraq, “şəriət dövləti” qurmaq üçün terrora belə əl atmaq onlar üçün sıradan bir hadisədir. Nə yolla olursa olsun, hakimiyyəti zorakılıq yolu ilə devirmək bunların strateji hədəflərindən biri sayılır. “Nardaran hadisələri”nə də onlar beləcə siyasi don geyindirmişdilər. İndi də öz ənənələrinə sadiq qalaraq “Gəncə işi”nə bu hədəflərə yanaşılır. Beləliklə məlum olur ki, Orxan Məmmədov, Əkrəm Hacızadə və başqa bu kimi şəxslərlə “Xəyanət Şurası” arasında heç bir fərq yoxdur. Antidövlət siyasi baxışların virusuna yoluxmuş bu insanların aqibətinə heç uca Tanrı da yardımçı ola bilməz.
Ə. Yusifoğlu