Ermənilərin Rusiya maliyyəsi hesabına Dağlıq Qarabağda apardığı qanunsuz məskunlaşma siyasəti…

Beyrutda Partlayışdan sonra isə Livan ermənilərinin Dağlıq Qarabağa köçürülməsinin maliyyə qaynağı Ruben Vardanyan və onun biznes şəriki, Livan əsilli Kanadalı milyarder Nubar Afoyandır

2019 cu il martın 4 isə OCCRP- Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi Rusiyada Ermənistanın və erməni əsilli Rusiya vətəndaşlarının yaratdıqları çirkli pulların yuyulması sxemi üzrə ölkənin hakim elitası ilə sıx əlaqəli böyük investisiya bankı vasitəsi ilə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılması haqqında hesabat dərc etdi.

Hesabatda “Troika” pulyuyan maşını adlandırılan bu sxem korrupsiyalı siyasətçilərə və mütəşəkkil cinayətkarlıq fiqurlarına çirkli vəsaitlərin yuyulması, vergilərdən boyun qaçırılması, mülkiyyətin xaricdə gizlədilməsi kimi fəaliyyət imkan yaratması haqqında məlumatlar dərc olunmuşdur.

“Troika” sxemi üzərə mənfəətdar Rusiyanın “Troika Dialog” kimi tanınan özəl investisiya bankı və onun rəhbəri Rusiyada qərbyönlü reputasiyaya malik , rusiyalı erməni Ruben Vardanyan idi.

Ruben Vardanyan adı diqqətimi ilk dəfə , Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni əhalinin yerləşdirilməsi üçün kəndlər salınmasını maliyyələşdirməsi, bu kəndlərdə məktəb və kilsə tikdirməsi və ən əsası da Rusiya vətəndaşı olan oğlu David Vardanyanın Dağlıq Qarabağda əskərlik xidmətinə göndərməsi haqqında məlumatlarla çəkmişdir.

https://www.golosarmenii.am/article/39922/syn-rossijskogo-millionera-sluzhit-v-karabaxskoj-armii

Ruben Vardanyan Rusiyalı biznesmen olsa da daha çox erməni milləti və onun gələcəyi üçün xidmət göstərir , humanitar fondlar adı altında formalaşdırdığı təsisatlar Dağlıq Qarabağ , Livan və Suriyada erməni kəndlərinin salınması, kilsələrinin və məktəblərinin tikilməsi, Maltada yerli tarixi abidələrin restavrasiya layihələrini maliyyələşdirən mesanat kimi ilə daha çox məşhurdur.


Ruben Vardanyan və Bako Saakyan erməni əhalisinin məskunlaşması üçün nəzərdə tutulan layihələri nəzərdən keçirir

Burda onu da əlavə edim ki, istər işğal altında olan Azərbaycan torpaqlarında kəndlərin salınmasında, istərsə də diğər yerlərdə Maltada və s. tarixi abidələrin retavrasiyası layihələrində yerli xalqların tarixi izlərin itirilməsi isə bu fəaliyyətin tərkib hissəsidir.


Ruben Vardanyan və qondarma DQ “prezidenti” Arayik Arutunyan

Ruben Vardanyana bağlı humanitar təsisatlardan biri Livanda erməni məktəblərinin tikintisini maliyyələşdirir , digər bir humantar fondu isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni əhalinin məskunlaşdırılması üçün infrastrukturların salınması, Suriyada müharibədən əziyyət çəkən erməni əhalisi üçün humantar yardımların təşkili üçün maliyyə toplayır və s.

Beyrutda Partlayışdan sonra isə Livan ermənilərinin Dağlıq Qarabağa köçürülməsinin maliyyə qaynağı Ruben Vardanyan və onun biznes şəriki, Livan əsilli Kanadalı milyarder Nubar Afoyandır.


Partlayışdan sonra Nubar Afoyan və Ruben Vardanyan Beyrutda köçürüləcək ermənilərlə

Hər ikisi həmtəsisçisi olduqları “Avrora Humanitar Təşəbbüsü” qrupunun nümayəndəsi kimi beynəlxalq humanitar, donor təşkilatlara müraciət edərək Livan xalqına dəsətək təşəbbüsü adı altında, Livan ermənilərinin köçürülməsinin maliyyə qaynaqlarının toplanmasında iştirak edirlər.

Bu “Avrora Humanitar Təşəbbüsü” humanitar təşkilat kimi təqdim olunasa da, daha çox erməni yalanları və qondarma genasidin tanınması və Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması kimi mövzuların təbliğatçısı bir təşkilatdır.

Ən əsası bu bu fəaliyyəti humanitar layihələr adı altında örtüklə həyata keçirilməsində bir başa iştirak olunur.

P.S. Yazının 1-ci hissəsi: https://yeganahajiyeva.com/2019/03/07/erm%c9%99nil%c9%99rin-cirkli-oyunu-v%c9%99-ifsa-olunan-yalanlar/

25.09.2020,

Yeganə Hacıyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert.