Bu ideyanı Osmanlıya qarşı da Rusiya irəli sürmüşdü Bu ideyanı Osmanlıya qarşı da Rusiya irəli sürmüşdü

Şərq məsələsi

Bu ideyanı Osmanlıya qarşı da Rusiya irəli sürmüşdü

Hörmətli Rəcəb Tayyip Ərdoğanın dediyi kimi, Türkiyə-Rusiya münasibətləri heç vaxt indiki kimi olmayıb.

Türkiyə (Osmanlı) ilə Rusiya arasında tarixin müxtəlif dövrlərində müharibələr olub. Ukrayna uğrunda baş verən müharibə onlar arasında ilk müharibə idi. Bu müharibə 1681-ci ildə Baxçasaray sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Bu müqavilənin şərtləri hər iki ölkənin maraqlarına uyğun idi. Burada Ukrayna bölüşdürülərək, sağ sahili Osmanlının, sol sahili isə Rusiyanın nəzarətinə keçdi.

1711-ci il Prut yürüşü. Bu yürüşdə Osmanlı türkləri qələbə qazanaraq Prut sülh müqaviləsi ilə Azov dənizini Rusiyadan geri qaytarmağı bacardı. Prut qələbəsi Osmanlı hakimiyyətində (o zaman Osmanlıda III Əhməd hakimiyyətdə idi) əvvəlki hakimiyyətlərin dövründə itirilmiş ərazilərin geri qaytarılması ümidi yaratdı.

Belqrad sülh müqaviləsi ayrıca, həm Rusiya ilə, həm də Avstriya ilə imzalanmışdı. XVIII əsrin 30-cu illərində Cənubi Qafqaz Osmanlı ilə Rusiya arasında bölüşdürülmüş vəziyyətdə idi. Məlumdur ki, Nadir xan 1730-cu ildə Rusiya və Osmanlıya qarşı geniş hərbi əməliyyatlara başladı. Nadir xan Osmanlı qarşı sonuncu hərbi əməliyyatı üçkilsədəki əməliyyat idi. Bu hərbi əməliyyatla Osmanlı qoşunları məğlub edildi və nəticədə qoşunlar tamamilə Cənubi Qafqazı tərk etdi. (Rus qoşunları isə Cənubi Qafqazı Gəncə müqaviləsi ilə tərk etmişdi). Rusiya Cənubi Qafqazdan çıxandan sonra Avstriyanın təklifi ilə Osmanlının hələ də Nadir xanla müharibəsindən istifadə edərək, Avstriya ilə ittifaq bağlayaraq ona qarşı müharibəyə başladı. 1735-1739-cu illərdə baş verən bu müharibədə Rusiya bir neçə səbəbdən Osmanlı ilə Belqrad sülh müqaviləsini imzalamağa məcbur oldu.

1768-1774-cü illərdə Rusiyanın Osmanlı ilə apardığı müharibədə qalib gəlməsi Rusiyanın xarici siyasətinin başlıca prioriteti olan Qara dəniz məsələsini həll etdi. Məlum idi ki, Rusiya Qara dənizə çıxış əldə etmək istəyirdi. 1774-cü ildə imzalanan Kiçik Qaynarca müqaviləsi ilə Rusiyanın Qara dənizdə ticarət gəmilərinə üzmək hüququ verildi. Beləliklə, Rusiya Qara dənizə çıxışını bu müharibə ilə öz xeyrinə həll etdi.

"Şərq məsələsi". Bu ideyanı da Rusiya Osmanlıya qarşı irəli sürmüşdü. Məqsədi aydın idi: Osmanlı dövlətinin ərazilərini ələ keçirmək. Bu II Yekaterinanın dövründə Rusiyanın xarici siyasətinin başlıca prioriteti idi.

1783-cü ildə Rusiya Krımı işğal etmişdi. Bu işğal 4 ildən sonra Osmanlı dövləti ilə Rusiya arasında müharibəyə səbəb oldu. 1791-ci ildə başa çatan müharibədə Osmanlı məğlub oldu. Bu müharibə nəticəsində imzalan Yassı sülh müqaviləsinə görə, Osmanlı Krımdan əl çəkərək, Rusiyaya aid olmasını təsdiq etmişdi.

XIX əsrin ilk onilliyində Rusiya qoşunlarının Moldova və Valaxiyanı tutması Osmanlı dövlətinin səbrini tükəndirdi. Bu səbəbdən 1806-cı ildə Osmanlı Rusiyaya müharibə elan etdi. Bu müharibənin gedişində Osmanlının bir məqsədi də var idi: Krımı geri qaytarmaq. Bu müharibədə Osmanlı nə Krımı geri qaytara bildi, nə də digər əraziləri. Əksinə, ərazi itkisi baş verdi.

Nəhayət, 1877-1878-ci illər müharibəsi, San-Stefano sülh müqaviləsi. Bu müharibə nəticəsində Osmanlının bir neçə ərazisi müstəqillik əldə etdi və ya Rusiyanın nəzarətinə keçdi.

Əbülfəz Mamedov,

Sumqayıt Dövlət Universiteti Tarix və Coğrafiya fakültəsinin tələbəsi