"Bu, Azərbaycana xoşbəxtlik gətirdiyi qədər Türkiyəyə də hüzur verdi". "Bu, Azərbaycana xoşbəxtlik gətirdiyi qədər Türkiyəyə də hüzur verdi".
  • Paytaxt
  • 26 Oktyabr 2018 13:45
  •  3 373

“Ölkələrimiz arasında gerçəkləşən layihələr bizi sevindirir” - Şərəf Malkoç

"Bu, Azərbaycana xoşbəxtlik gətirdiyi qədər Türkiyəyə də hüzur verdi".

"Hər iki ölkənin prezidenti cənab İlham Əliyevlə, cənab R.T. Ərdoğan bu dostluğu ictimai, akademik, iqtisadi sahələrdə inkişaf etdirirlər".

AzNews.az xəbər verir ki, bunları “Dayanıqlı inkişafa dair Bakı konfransı: İnsanları gücləndirmək, inkişaf və bərabərliyi təmin etmək" adlı paneldə çıxışı zamanı Türkiyə Respublikasının İnsan Hüquqları üzrə müvəkkili, ombudsman Şərəf Malkoç dedi. O, bildirdi ki, ölkələrimiz arasında gerçəkləşən layihələr bizə sevinc bəxş edir:

"Azərbaycan qazının Türkiyə üzərindən TANAP layihəsi ilə Avropaya ötürülməsi Azərbaycana xoşbəxtlik gətirdiyi qədər Türkiyəyə də hüzur verdi. Yenə Baki-Tbilisi-Qars dəmiryolu ilə Azərbaycanın nəqliyyat sahəsinin dəmiryolları ilə Türkiyə üzərindən genişləndirilməsi bizə sevinc bəxş edir. Son illərdə bu dostluğu iqtisadi sahədə də inkişaf etdirərək Türkiyənin Azərbaycandakı iş adamlarının qoyduğu vəsaitlər vasitəsilə Azərbaycanın Türkiyədə 20 milyard dollarlıq yatırımı var. Ən son, bundan 15 gün əvvəl İzmirdə Azərbaycanla Türkiyə dünyanın ən geniş neft emalı zavodlarından birini tikdilər".

Pərvanə AĞAZADƏ
AzNews.az