20-dək müəssisəni təmsil edən əmək yarmarkası keçirildi - BDU-da

İştirakçılar əmək yarmarkasına çıxarılan boş iş yerləri ilə tanış olublar

Bu gün Bakı Dövlət Universitetində əmək yarmarkası keçirilib.

AzNews.az xəbər verir ki, yarmarka tələbə və məzunlara əmək bazarına uyğunlaşmaq, öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək, mövcud vakansiyalar barədə məlumatlandırmaq, həmçinin onların işlə təmin olunmasına dəstək məqsədi ilə reallaşdırılıb.

20-dək müəssisənin təmsil olunduğu tədbirdə iştirakçılar idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. Əmək yarmarkasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, SOCAR AQŞ, BP Azərbaycan, “Azərsu”ASC, Deloitte şirkəti, TAC MMC, Atəşgah, Standart İnsurance sığorta şirkətləri, “Azergold” QSC, Sinteks MMC, Xalqbank, Kapital Bank, Yapı Kredi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşviyyat Xidməti, Psixologiya Elmi Tədqiqat İnstitutu və Narınc Uşaq Psixologiya Mərkəzi vakant iş yerlərini təklif edib.

Səidə Vahid

AzNews.az

image description