Azərbaycan hər il çoxsaylı beynəlxalq idman yarışlarına ev sahibliyi edir və bu tədbirlər zamanı təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir. Azərbaycan hər il çoxsaylı beynəlxalq idman yarışlarına ev sahibliyi edir və bu tədbirlər zamanı təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir.

XİN-dən Avropa Liqasının finalı ilə bağlı açıqlama

Azərbaycan hər il çoxsaylı beynəlxalq idman yarışlarına ev sahibliyi edir və bu tədbirlər zamanı təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir.

Bu sözləri ONA-ya açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Avropa Liqasının Bakıda keçiriləcək final oyunu öncəsi bəzi xarici media orqanlarında təhlükəsizliklə bağlı xəbərdarlıqları şərh edərkən deyib.

“Ümumiyyətlə, qeyd etmək istərdim ki, bu gün ölkəmiz və onun paytaxtı Bakı şəhəri dünyanın bəlkə də ən təhlükəsiz yerləri sırasındadır. Təsadüfi deyil ki, ötən il Bakı şəhəri dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqində ilk 50 şəhər sırasında yer alıb və hətta bir çox Avropa ölkəsini bu sıralamada qabaqlayıb. Əlbəttə ki, UEFA Avropa Liqasının final oyunu zamanı da bütün müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriləcək”, - deyə XİN rəsmisi bildirib.

AzNews.az