Lənkəran Beynəlxalq Hava Limanı ehtiyat elektrik xətti ilə təmin olunub Lənkəran Beynəlxalq Hava Limanı ehtiyat elektrik xətti ilə təmin olunub

Lənkəran Beynəlxalq Hava Limanı ehtiyat elektrik xətti ilə təmin olunub

Lənkəran Beynəlxalq Hava Limanı ehtiyat elektrik xətti ilə təmin olunub

Bunu jurnalistlərə açıqlamasında "Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) balans uçotu şöbəsinin rəisi Anar Mirzəyev bildirib.

Onun sözlərinə görə, hava limanı 110/35/10 kVt-luq "Lənkəran 2" stansiyasından elektrik enerjisi ilə təchiz olunur.

A. Mirzəyev qeyd edib ki, hazırda stansiya 21750 abunəçinin elektrik enerjisi ilə təchiz edir: “Onların da 19 mini əhali, 1 750-i isə qeyri-əhali qrupuna daxildir. Ümumilikdə stansiya 30 minədək abunəçiyə xidmət göstərmək iqtidarındadır".

O həmçinin əlavə edib ki, yarımstansiya hərəsinin gücü 25 mVt olan 2 transformatordan ibarətdir və ondan 9-u əhali, 9-u isə sərbəst xətt olmaqla, ümumilikdə 18 xətt çıxır: "Ən iri sərbəst xətt üzərində Lənkəran Beynəlxalq Hava Limanı yerləşir. Hava limanı hər iki tərəfdən gərginliklə təmin edilib. Onlardan biri əsas xətt, digəri isə ehtiyat xətdir. Bu yarımstansiyadan Lənkəran şəhəri və 5 kənd elektrik enerjisi ilə təmin edilir". (APA)