Layihə Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib Layihə Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib

Texniki baxışın rusumu 30 manat oldu - Avtomobil sahiblərinin nəzərinə

Layihə Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib

Milli Məclisin bugünki plenar iclasında “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı.

Qanun layihəsinə görə, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu artırılır.

Belə ki, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılıb.

Eyni zamanda nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün avtonəqliyyat vasitələri üçün nəzərdə tutulan 20 manat dövlət rüsumu da 30 manata qaldırılıb.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi.

AzNews.az