Hər iki yol əhalinin yaşadığı ərazilərdən yan keçir Hər iki yol əhalinin yaşadığı ərazilərdən yan keçir

Bakı-Rusiya yeni avtomobil yolu tezliklə istifadəyə veriləcək

Hər iki yol əhalinin yaşadığı ərazilərdən yan keçir

"Azərbaycan Bakıdan Rusiya sərhədinə qədər yeni avtomobil magistral yolunu inşa edir. Onun tezliklə istifadəyə verilməsi gözlənilir".

Bunu Azərbaycan və Rusiya arasında Samur körpüsünün açılışı zamanı Baş Nazirin müavini Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, analoji avtomagistral artıq istifadəyə verilib: "Hər iki yol əhalinin yaşadığı ərazilərdən yan keçir".

Ş.Mustafayev bildirib ki, şimaldan cənuba avtomobil nəqliyyatı ilə yüklərin daşınmasına sərf edilən vaxt iki dəfə azaldılacaq: "Bu körpünü istifadəyə verməklə biz nəinki iki ölkə arasında yükdaşımaların həcmini genişləndiririk, həmçinin bu yolla beynəlxalq yükdaşımalarını artıracağıq".

Baş nazirin müavini vurğulayıb ki, yeni körpünün istifadəyə verilməsi turizmin inkişafına da təkan verəcək:

"Bu ilin 10 ayı ərzində Azərbaycana Rusiyadan 900 mindən çox Rusiya vətəndaşı səfər edib. Azərbaycana səfər edən Rusiya vətəndaşlarının 70% yerüstü nəqliyyatdan istifadə edir".

AzNews.az