Türk Şurasına üzv ölkələrin limanları arasında əməkdaşlıq genişləndirilir Türk Şurasına üzv ölkələrin limanları arasında əməkdaşlıq genişləndirilir

Taleh Ziyadov Türk Şurasının nümayəndə heyəti ilə görüşüb

Türk Şurasına üzv ölkələrin limanları arasında əməkdaşlıq genişləndirilir

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) nümayəndə heyəti arasında görüş keçirilir.

Görüşdə əsas müzakirə mövzusu Türk Şurasına üzv ölkələrin limanları ilə əməkdaşlığın genişləndirilməsidir.

Tərəflər qeyd edib ki, Azərbaycanın 2-ci Qarabağ döyüşlərində əldə etdiyi uğurlu nəticə sayəsində, bölgədə yeni nəqliyyat imkanı yaranıb ki, bu da Şuraya üzv ölkələr arasında əməkdaşlığın genişlənməsinə imkan verəcək.

Daha sonra qonaqlar, yüklərin qəbulu və yola salınması prosesini yerində izləmək üçün Ələtdə yerləşən Bakı Limanında olacaqlar.