Azərbaycan və İran gömrük xidmətləri arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev iranlı həmkarı ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev iranlı həmkarı ilə görüşüb.

Aznews.az xəbər verir ki, İranın Şərqi Azərbaycan əyalətinin Culfa şəhəridnə baş tutan görüşdə S.Mehdiyev iki ölkə arasında mövcud olan sərhədlərdə gömrük xidmətinin birgə idarəetməsinin zərurətindən danışıb və qeyd edib ki, bu, ticarətin asanlaşması və qarşılıqlı əməkdaşlığın artmasına səbəb olar.

Mehdiyev qeyd edib ki, iki ölkənin gömrük idarələri İran və Azərbaycan arasında dostluq darvazasıdır və Azərbaycan yük daşımaları sahəsində gediş-gəlişin asanlaşması və sürətlənməsi sahəsində İranla əməkdaşlığa hazırdır. Azərbaycan, İran və Rusiya tranzit və gömrük əməkdaşlığını artırmaqla regionun və beynəlxalq tranzit sahəsini idarə edə bilər.

Səfər çərçivəsində İran və Azərbaycan gömrük idarələri arasında əməkdaşlıq sənədi imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev və İranın Dövlət Gömrük İdarəsinin rəhbəri Əlirza Müqəddəsi imzalayıb.

Sənəddə iki ölkə arasında ticarətin artırılması məqsədi ilə prosedurların asanlaşdırılması, yük və sərnişinlərin gediş-gəlişində yaranan problemlərin aradan qaldırıılması haqqında razılıq əldə olunub.

Görüşdə Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsinni sədri Səhət Həbibbəyli də iştiirak edib.

Əlirza Müqəddəsi görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Respublikası ilə ticarət sahəsində əməkdaşlığın artırılması həmişə İran rəsmilərinin diqqət və istəyi olub. Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə bu ölkənin gömrük orqanlarının rəhbərliyi ilə davamlı görüşlər keçirilir: "Hər iki ölkənin gömrük idarələri indiyədək bir neçə dəfə müştərək görüş təşkil edib. İclaslarda mövcud maneələrin aradan qaldırılması, ikitərəfli əlaqələrin inkişaf yolları müzakirə olunub".

Onun sözlərinə görə, bu kimi görüşlər İranın qonşu ölkələrlə ticarət həcmini artırmaq məqsədi ilə davamlı keçirilir.

image description image description image description