Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb

Bu gün Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb.

İclasdan əvvəl komissiyanın həmsədrləri - Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında təkbətək görüş olub.

İclasda iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın bütün aspektləri, onların gələcək inkişafı və perspektivləri müzakirə olunacaq.

Tədbirdən sonra Azərbaycan-Macarıstan Biznes Forumu keçiriləcək.