- İşin içi
- 17:10
- 1 767
Azərbaycan Türkiyədən mədən sənayesi məhsulları idxalına çəkdiyi xərci 18 %-ə yaxın azaldıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 10,766 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.
Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,6 % azdır.
Təkcə noyabr ayında isə Türkiyə Azərbaycana 0,95 milyon ABŞ dollarlıq mədən sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 4,7 % azdır.
Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri 11 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % artaraq 5,625 milyard ABŞ dollarına, noyabrda isə 9,8 % artaraq 533 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Çin 1 milyard 467,241 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 4,8 % az), ABŞ 493,952 milyon ABŞ dolları (+7,3 %) və Bolqarıstan 415,377 milyon ABŞ dolları (+2,1 %) həyata keçirib.