- İşin içi
- 17:41
- 1 190
Azərbaycandan ixrac edilən sementin dəyəri 12 %-dən çox artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 54 milyon 418,24 min ABŞ dolları dəyərində 869 min 677,99 ton sement (hazır və ya klinker formasında) ixrac edilib.
Aznews.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 13,1 %, həcmi isə 12,4 % artıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında sementin payı 1,83 % təşkil edir.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan 2 milyard 648 milyon 607,36 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % azdır.
Bu ilin 11 ayında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.