Azərbaycan-Britaniya ticarətinin həcmi son 12 ayda 888 milyon funt-sterlinq olub

Son 12 ayda Azərbaycan və Böyük Britaniya arasında ticarətin həcmi 888 milyon funt-sterlinq təşkil edib.

Aznews.az xəbər verir ki, bunu Britaniya Parlamentinin Aşağı Palatasının üzvü və Britaniya-Azərbaycan dostluq üzrə parlamentlərarası qrupun rəhbəri Bob Blakmen bildirib.

O qeyd edib ki, iki ölkə arasında ticarətin həcminin daha da artırılması nəzərdə tutulub:

"Mən şadam ki, Azərbaycan üzrə bütün partiyaları əhatə edən parlament qrupununda islahat aparmışıq və ticarətimizin artırılmasını planlaşdırırıq. Hansı ki, son 12 ay ərzində 888 milyon funt sterlinq təşkil edib".

Aznews.az