- Rusiya və İran
- 20:24
- 1 585
İran nəqliyyatda vahid idarəetmə sistemi yaratmaq istəyir
İran rəsmiləri ölkənin nəqliyyat və infrastruktur şəbəkəsinin gücləndirilməsi üçün əlaqələndirilmiş, perspektivli səylər göstərməyə çağırıblar.
Aznews.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Dekabrın 20-də Tehranda "Nəqliyyat Həftəsi"nə həsr olunan tədbirdə çıxış edən İran Prezidenti Məsud Pezeşkian milli nəqliyyat infrastrukturunun inkişafına yanaşmasını açıqlayıb: "Avtomobil, dəmiryol, şəhər, hava və dəniz şəbəkələrində elmi, kompleks, gələcəyə yönələn yanaşma zəruridir. Vahid idarəetmə strukturu olmayan şəbəkə əlaqələndirmə çatışmazlığından əziyyət çəkəcək", - İran Prezidenti bildirib.
O, bu istiqamətdə dünya təcrübəsindən yararlanmağı tövsiyə edib. Pezeşkianın sözlərinə görə, vahid idarəetmə modeli hazırlanmalıdır.
Aznews.az