Gümüş fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyib

Birjada gümüşün qiyməti tarixi maksimum səviyyəyə çataraq bir troya unsiyası üçün 75 dollar həddini keçib.

Aznews.az xəbər verir ki, bunu Comex birjasının məlumatları sübut edir.

Məlumata görə, gümüşün fyuçers qiyməti 4,87% artaraq bir troya unsiyası üçün 75,175 dollar olub.