- İşin içi
- 20 Yanvar 22:41
- 1 458
SOCAR "Boston Consulting Group" ilə yeni enerji trendlərini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Boston Consulting Group" (BCG) yeni enerji trendlərini müzakirə ediblər.
Aznews.az xəbər verir ki, danışıqlar SOCAR-ın prezidenti Rövşən Nəcəf və BCG-nin Avropa, Yaxın Şərq, Cənubi Amerika və Afrika üzrə bölmələrinin regional sədri, idarəedici direktor və baş tərəfdaşı Matius Tauber arasında 2026-cı il Dünya İqtisadi Forumu (WEF 2026) çərçivəsində baş tutub.
"Biz tərəfdaşlığımız çərçivəsində həyata keçirilən "Climate and Sustainability Lighthouse" proqramının əhəmiyyətini müzakirə etdik. Bu layihə kəşfiyyat, hasilat (upstream), emal və satış (downstream) seqmentləri üçün genişmiqyaslı "yol xəritələri" hazırlanmasına imkan verib, həmçinin bərpa olunan enerji mənbələrinə investisiyaların artmasına töhfə olub", – SOCAR prezidentinin "X"dəki paylaşımında qeyd olunub.
Görüş zamanı həmçinin sürətlə dəyişən iqtisadi və enerji mühitində rəqəmsal transformasiya və strateji innovasiyaların rolu barədə fikir mübadiləsi aparılıb.