- İşin içi
- 18:51
- 1 448
Azərbaycanda akvakultura təsərrüfatlarına aid torpağın kateqoriyasını dəyişdirmək tələb olunmayacaq
Nazirlər Kabineti 14 iyun 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Akvakulturanın həyata keçirilməsi Qaydası"nda dəyişiklik edib.
Aznews.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Azərbaycanda akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların
kateqoriyasının dəyişdirilməsi tələb olunmayacaq.