Azərbaycanda ötən il beynəlxalq dəniz nəqliyyatı ilə 3 milyon tona yaxın yük daşınıb

Ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə 2 milyard 564 milyon 663,7 min ABŞ dolları dəyərində 2 milyon 680 min 908,9 ton yük daşınıb.

Aznews.az xəbər verir ki, bu, 2024-cü ilə nisbətən müvafiq olaraq 3,1 % və 4,5 % azdır.

Hesabat dövründə dəniz nəqliyyatı ilə 171 milyon 460 min ABŞ dolları (76,4 % çox) dəyərində 261 min 470,2 min ton (2,7 dəfə çox) yük ixrac olunub, 2 milyard 393 milyon 203,6 min ABŞ dolları (6,2 % az) dəyərində 2 milyon 419 min 438,7 ton (11 % az) yük idxal olunub.