- İşin içi
- 14:18
- 1 012
Somalidən Azərbaycana ət məhsulları gətirilir? - AÇIQLAMA
Somalidən Azərbaycana satış məqsədilə heç vaxt ət məhsulları gətirilməyib.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransındq jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, yalnız Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanına müxtəlif ölkələrdən ət məhsulları gətirilir:
Səudiyyə Ərəbistanı səfirliyinin dəstəyi ilə ötən il ölkəmizə qeyri-kommersiya məqsədilə 45 tona yaxın ət məhsulu gətirilib. O qeyd edib ki, bu ət məhsulları qurban ətləri olub və ölkəyə humanitar məqsədlə gətirilib".
Qeyd edək ki, son dövrlər mediada Somalidən Azərbaycana ət gətirildiyi barədə xəbərlər yayılıb./Trend
Aznews.az