- İşin içi
- 18:40
- 1 491
Azərbaycan İraqa heyvan yemi satışından gəlirini 6 dəfə artırıb
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 8,9 milyon ABŞ dolları dəyərində 47 min 590 ton heyvan yemi (bitki mənşəli məhsullar, kəpəklər, bitki tullantıları və qalıqları) ixrac edib.
Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 96 %, kəmiyyət olaraq – 75 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 3,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 24 % çox) 16 min 987 ton (+29 %), Tacikistana 2 milyon ABŞ dolları dəyərində 9 min 766 ton (1 il əvvəl tədarük olmayıb), Gürcüstana 1,1 milyon ABŞ dolları dəyərində (-2 %) 8 min 475 ton (-11 %), İraqa 1 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 5 min 835 ton (+2,6 dəfə), İrana 703,6 min ABŞ dolları dəyərində (+2 dəfə) 3 min 577 ton (+97 %) məhsul satıb.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 30 min 913 ton heyvan yeminin 49 %-i Türkiyənin, 33 %-i Gürcüstanın payına düşüb.