- İşin içi
- 15:01
- 1 531
Azərbaycan ötən il Qarabağ və Şərqi Zəngəzura 5 milyard manata yaxın pul qoyub
2025-ci ildə Azərbaycanın dövlət büdcəsindən İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 4 milyard 465,7 milyon manat vəsait ayrılıb.
Aznews.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, həmin vəsaitin 3 milyard 781,9 milyon manatı və yaxud 84,7 %-i işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 373,2 milyon manatı və yaxud 8,3 %-i dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin, 258,5 milyon manatı və yaxud 5,8 %- dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə vəsaitin, 52,1 milyon manatı və yaxud 1,2 %-i dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşüb.
Xatırladaq ki, 2024-cü ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 4 milyard 855,8 milyon manat vəsait ayrılmışdı.