ABŞ İranla gizli iqtisadi danışıqlara başladı - İDDİA

"İrana qarşı sanksiyaların sərtləşdiyi bir zamanda Amerika firmaları Araz bölgəsinin iqtisadi bazarına daxil olmaq üçün çalışmalara başlayıb". Bu sensasiyalı məlumatı "Nəsr" xəbər agentliyi yayıb.

"Baybak" saytı "Nəsr"agentliyinə istinadən xəbər verir ki, Fransada fəaliyyət göstərən "Cəbəlül-Tariq" adlı firma "Fidal" adlı şirkətin aracılığıyla bölgəyə Amerika firmalarını daxil etdirmək üçün fars rejimi ilə müzakirələrə başlayıb .

"İran adlanan ölkə ilə üzdə heç bir bağlantısı olmayan Amerika son zamanlarda itirilən iqtisadi faydaları hiss edərək İranla iqtisadi əməkdaşlıq üçün çeşitli yollar tapır. Üzdə bir-birilə düşmən olsalar da, əslində iki dövlət bir-birindən faydalanaraq vətəndaşlarını aldadır və bölgədə sabitsizliyin davamına çalışırlar" deyə məlumatda qeyd olunub.

Xəbərə görə, Amerika və Avropa bank sistemi, eləcə də dünya iqtisadiyyatına uygun olan texnologilayarın bölgəyə gətirilməsilə birlikdə, İran şirkətləri və dövlət orqanları Amerikadan çeşitli məhsullar idxal edə biləcəklər.

Alpər Oğuz
AzNews.az