Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən biri də bina tikintisinin fəaliyyəti ilə bağlıdır. Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən biri də bina tikintisinin fəaliyyəti ilə bağlıdır.

Bina tikintisi ilə məşğul olanlara - Yeni vergi sistemi

Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən biri də bina tikintisinin fəaliyyəti ilə bağlıdır.


Vergilər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, bu dəyişikliklərdən sonra tikinti şirkətləri vergi ödəmə metodu kimi ya sadələşdirilən vergini, ya da vergi ödənişinin digər metodunu seçməlidirlər. Həmin Məcəlləyə görə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri sadələşdirilmiş verginin məqsədləri üçün vergitutma obyektidir.

Bina tikintisi ilə məşğul olan hüquqi və fiziki şəxslər tikəcəkləri binanın yaşayış sahəsinin hər kvadratmetrini əvvəlcə 45 manata, daha sonra Bakı şəhəri və onun qəsəbə və kəndləri, həmçinin respublikanın digər şəhər və rayonları üçün müəyyənləşdirilmiş müvafiq əmsala vuraraq, yaşayış sahəsi üçün sadələşdirilən vergini hesablayacaqlar.

Tikilən binanın qeyri-yaşayış sahəsi üzrə sadələşdirilmiş vergidə isə qeyd olunan qaydaya uyğun olaraq hesablanan məbləğə 1,5 əmsalı tətbiq edilir.

Vergi Məcəlləsinin bina tikintisi ilə məşğul olanlar üçün vergitutma obyektini müəyyən edən 219.3-cü maddəsinin yeni redaksiyasında bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyekti hesab edilir və tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergiyə cəlb olunur.