- Köhnə - İqtisadiyyat
- 16 Fevral 2016 13:49
- 5 479
Rusiya və OPEC neft hasilatını dondurdu

Rusiya və OPEC neft hasilatını dondurmaq barədə razılığa gəlib.
AzNews.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Rusiya energetika naziri Aleksandr Novak və OPEC üzvü olan bir sıra ölkələrin nümayəndələri Qətərin paytaxtı Dohada aparılan danışıqların yekununda neft hasilatını yanvarın 11-inə olan səviyyədə dondurmaq barədə razılığa gəliblər.
Səudiyyə Ərəbistanı da bu qərarla razılaşıb.
Aydan AXUNDOVA