Məlum olduğu kimi, neft ixrac edən nəhəng ölkələr hasilatı dondurmaq üçün danışıqlar aparır. Artıq Venesuela hasilatı dondurmaq təklifilə razılaşmış dövlətlərdən əlavə neft istehsalçısı olan ölkələrlə mümkün görüş barədə müzakirələr aparıb. Görüşün vaxtı və yerinə dair məsləhətləşmələr müzakirə edilib. Məlum olduğu kimi, neft ixrac edən nəhəng ölkələr hasilatı dondurmaq üçün danışıqlar aparır. Artıq Venesuela hasilatı dondurmaq təklifilə razılaşmış dövlətlərdən əlavə neft istehsalçısı olan ölkələrlə mümkün görüş barədə müzakirələr aparıb. Görüşün vaxtı və yerinə dair məsləhətləşmələr müzakirə edilib.

Nəhənglərin neft sazişinə Azərbaycan da imza atacaqmı? – Deputat və ekspert şərhi

Məlum olduğu kimi, neft ixrac edən nəhəng ölkələr hasilatı dondurmaq üçün danışıqlar aparır. Artıq Venesuela hasilatı dondurmaq təklifilə razılaşmış dövlətlərdən əlavə neft istehsalçısı olan ölkələrlə mümkün görüş barədə müzakirələr aparıb. Görüşün vaxtı və yerinə dair məsləhətləşmələr müzakirə edilib.


Bəs Azərbaycan bu görüşlərə qatıla bilərmi?

Məsələ ilə bağlı AzNews.az-a danışan millət vəkili Vahid Əhmədov bu təklifə başqa aspektdən yanaşıb. O, neftin qiymətinin aşağı düşməsinin sırf siyasi amillərlə bağlı olduğunu deyib: "Bununla bağlı bir neçə yerdə müzakirə və məsləhətləşmə aparılsa da, konkret olaraq bir nəticəyə gəlinməyib. Çünki burada siyası məsələlər var. Neftin qiyməti siyasi amillərdən asılı olan bir şeydir. İqtisadi məsələ olsaydı mütləq problem öz həllini tapardı. Siyasi qərarlar nə vaxt verilsə, onda da neftin qiymətində dəyişiklik olacaq. Yəni dövlətlər arasında olan münaqişələr yoluna qoyulandan və Rusiya bəzi məsələlərdən geri çəkiləndən sonra qərar veriləcək".

İqtisadçı-ekspert Rəşad Həsənov isə hasilatın dondurulması ifadəsinin yalnış anlaşıldığını bildirib: "Yəni, hasilatın dayandırılmasından söhbət getmir. Hasilatın yanvar ayında saxlanılması o deməkdir ki, bazarlara əvvəlki ilə müqayisədə nisbətən daha az neft məhsulu təklif olunacaq. Burada sadəcə Rusiya və Səudiyyə Ərəbistanı arasında razılaşma əsasında ortaya çıxmış hasilatın yanvar ayında olduğu səviyyədə saxlanılmasından danışılır.

Burada bir çox səbəblər var.

Səbəblərdən biri odur ki, MDB ölkələri də daxil olmaqla dünyanın bir çox neft ixrac edən ölkələri köhnəlmiş texnologiyalardan istifadə edirlər. Hər bir quyunun sonradan fəaliyyətinin bərpa edilməsi ciddi xərc təlb edir. Neft ixrac edən ölkələr hasilatın artırılmasının qarşısının alınması təklifi almaq istəyirlər. Azərbaycan da bununla bağlı rəsmi mövqeyini ortaya qoyub. Azərbaycanda neft hasilatının dayandırılması ilə bağlı nə müzakirə var, nə də təşəbbüs olacaq.

Digər və əsas faktordan biri də İrandır. Artıq öz açıqlamalarında bildirirlər ki, İran mümkün qədər neft hasilatının ən qısa müddətə artırılmasının tərəfdarıdır. Söhbət İranın özündən gedir. Uzun müddət sanksiyalardan əziyyət çəkən İran bu gün böyük həcmdə neftin dünya bazarında çıxarılmasında maraqlıdır. Bu ölkə mümkün qədər cəhd göstərəcək ki, bazarlara daha artıq neft təklif etsin.

Burada ortaya çıxan problemlərdən biri neftin indiki qiymətləri çərçivəsində ola bilsin ki, İran neft sektoruna investisiyaların cəlb olunmasında problem yaratsın. Amma buna baxmayaraq, düşünürəm ki, İran bütün imkanlarından istifadə edərək dünya bazarlarına daha artıq neft təklif etmək cəhdini nümayiş etdirəcək. İnvestisiya maraqları imkan verəcək ki, İran bu addımı atsın".

Ekspert bildirib ki, əgər hasilatın dondurulması ilə bağlı razılıq əldə olunarsa neftin qiymətində artım müşahidə oluna bilər: "Əgər hansısa razılıq əldə olunarsa neftin qiymətinə müəyyən təsir göstərə bilər. Doğrudan da razılıq əldə olunarsa neftin qiymətinin möhkəmlənməsinə təsir edəcək. Müəyyən dövrdən sonra neftin qiymətində ciddi bahalaşma müşahidə olunacaq. Bu günlərdə Venesuela öz mövqeyini ortaya qoydu və məlumat verib ictimailəşdirdi ki, 10 ölkə bu dondurma məsələsində razılığa gələ bilər. Görünən odur ki, neftin qiyməti azaldıqca investorların da bu sahəyə marağı azalır. Bazarda təkliflərin artıq olması özü qiymətlərin bahalaşmasını şərtləndirəcək. Sadəcə hasilatın artımına nəzarət kimi bir mexanizm formalaşmalıdır ki, bu, bazarlara təsirini versin".

R.Həsənovun sözlərinə görə, razılıq olmasa belə yaxın aylarda neftin qiyməti qalxacaq: "Yay turizminin genişlənməsi səbəbilə neft qiymətlərində müəyyən qiymətlərin artımı olacaq. Bu baxımdan qiymətlər nisbətən arta bilər. Burada ciddi bahalaşmadan söhbət getmir. Təxmimən 45 dollara kimi bahalaşma ola bilər. Sonradan yenidən ucuzlaşma başlayacaq".

Bahar, Nigar
AzNews.az