- Köhnə - İqtisadiyyat
- 9 Mart 2016 16:05
- 4 668
Mərkəzi Bankdan “üzən məzənnə”dən imtina ilə bağlı - Açıqlama
Azərbaycan Mərkəzi Bankının (AMB)manatla bağlı 2015-ci il dekabrın 21-dən tətbiq etdiyi “üzən məzənnə” rejimindən imtina edəcəyi barədə informasiyalar yayılıb.
Yayılan informasiyalarda dolların məzənnəsinin 2 manatadək bahalaşacağı və yalnız ondan sonra bu sahədə sabitlik yaranacağı iddia olunur.
Mərkəzi Bankın mətbuat xidmətindən isə bu informasiyaların hansısa jurnalist təxəyüllünün məhsulu olduğu bildirilib:
"Hazırda Mərkəzi Bankda "üzən məzənnə" sisteminin ləğv edilməsi ilə bağlı qərar yoxdur. Gələcəkdə olacağını isə indidən proqnozlaşdırmaq mümkün deyil".
Modern.az