Bu günlərdə “Rabitəbank”dan götürülən kreditə görə zamin durmüş 28 yaşlı Vahid Kərimovun həbs edilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə aparılan müzakirələrdən və mətbuatda tirajlanan yazılardan da görünür ki, artıq kredit götürən şəxslərə zamin duranlar narahatlıq içindədirlər. Bu günlərdə “Rabitəbank”dan götürülən kreditə görə zamin durmüş 28 yaşlı Vahid Kərimovun həbs edilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə aparılan müzakirələrdən və mətbuatda tirajlanan yazılardan da görünür ki, artıq kredit götürən şəxslərə zamin duranlar narahatlıq içindədirlər.

Kreditlərə zamin duranları nə gözləyir? - Hüquqşünas rəyi

Bu günlərdə “Rabitəbank”dan götürülən kreditə görə zamin durmüş 28 yaşlı Vahid Kərimovun həbs edilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə aparılan müzakirələrdən və mətbuatda tirajlanan yazılardan da görünür ki, artıq kredit götürən şəxslərə zamin duranlar narahatlıq içindədirlər.


Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrənib. Ə.Həsənov sözügedən şəxsin həbs edilməsilə cəmiyyətə mesaj verildiyini deyib: "Məhkəmədə mənim suallarım cavabsız qaldı. Kredit götürən şəxsi və ona zamin duran digər 2 zamini bank və məhkəmə təqib etmir, amma zaminin biri təqib edilir. Niyə? Bu, əsas məsələlərdən biridir. Açıq-aşkar qərəz var. Təbii ki, kimsə kiməsə zamin durursa ondan nəsə tələb oluna bilər. Lakin atılmış bu addım bir növ ictimaiyyətin, əhalinin reaksiyasını yoxlamaq xarakteri daşıyır. Əgər biz passiv olsaq, etiraz bildirməsək, Avropa Məhkəməsinə getməsək, dövlət rəhbərliyinə bununla bağlı şikayət etməsək, qanunsuz halların sayı artacaq. Hətta onların ayağı yer alacaq ki, gəlin qorxudaq.

Zaminin həbs olunmasında bir məqsəd var-qorxutmaq. Bu qanunsuzdur və biz bunu isbat edəcəyik".

Ə.Həsənovun fikrincə, borc alıb onu ödəyə bilməyən şəxsi həbs etmək olmaz: "Bunun özü qanunsuzdur. Zamin yoxdursa, borcu alan şəxs də onu qaytara bilmirsə, demək ki, həmin borcu ödəmək iqtidarında deyil. Buna görə onun həbs olunması bizim qanunlarla yanaşı Avropa Konvensiyasına ziddir".

Qeyd edək ki, "Rabitəbank"dan kredit götürən şəxsə zamin duran 28 yaşlı Vahid Kərimov həbs edilib. Belə ki, kredit götürən şəxsin "Rabitəbank"a 7225,7 manat borcu olub. Həmin kredit üzrə banka girov qoyulub və 3 nəfər zamin olub. Martın 11-də Səbail rayon məhkəməsinin hakimi Rauf Əhmədov zaminlərdən biri olan 28 yaşlı Vahid Kərimovun həbs edilməsi barədə qərar verib.

Bahar RÜSTƏMLİ