- Köhnə - İqtisadiyyat
- 29 İyul 2016 10:12
- 2 777
Azərbaycan nefti 1 dollar ucuzlaşdı
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 1,06 dollar və yaxud 2,34% ucuzlaşıb.
AzNews.az xəbər verir ki, "AzeriLight" markalı neftin bir barelinin qiyməti 44,25 dollara bərabər olub.
Xatırladaq ki, dünən "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,64 dollar və ya 1,41% azalaraq 45,31 dollar təşkil etmişdi.