CNN: ABŞ və İran bir-birindən uzaq deyil – gizli diplomatiya davam edir

ABŞ və İran Pakistan’da ikinci raund danışıqları keçirə bilməsələr də, tərəflər mövqelər baxımından göründüyü qədər uzaq deyil.

Bu barədə CNN vasitəçilik prosesinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, pərdəarxasında intensiv diplomatik təmaslar davam edir və danışıqlar mərhələli proses üzərində qurulub.

Mümkün razılaşmanın ilk mərhələsi müharibədən əvvəlki vəziyyətə qayıdışı və Hürmüz boğazının heç bir məhdudiyyət və rüsum olmadan yenidən açılmasını nəzərdə tutur.

Növbəti mərhələdə isə İranın nüvə proqramı müzakirə olunacaq. Lakin ABŞ Prezidenti Donald Tramp bildirib ki, hər hansı razılaşma Tehranın silah səviyyəsinə yaxın zənginləşdirilmiş urandan imtina etməsini və ümumilikdə uranın zənginləşdirilməsini dayandırmasını tələb etməlidir. Məlumata görə, İran bu tələbləri rədd edir.

Mənbələr əlavə edib ki, vasitəçilər hər iki tərəfi razılığa gəlməyə çağırır və yaxın günlər proses üçün həlledici hesab olunur.

Mövsüm,

AzNews.az