Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) valyuta mübadilə əməliyyatlarında müəyyən olunmuş faiz dəhlizi tələblərinə riayət edilməsi ilə bağlı kommersiya bankları və poçt rabitəsinin milli operatorlarına məktub göndərib. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) valyuta mübadilə əməliyyatlarında müəyyən olunmuş faiz dəhlizi tələblərinə riayət edilməsi ilə bağlı kommersiya bankları və poçt rabitəsinin milli operatorlarına məktub göndərib.

Dollarla bağlı banklara - Xəbərdarlıq

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) valyuta mübadilə əməliyyatlarında müəyyən olunmuş faiz dəhlizi tələblərinə riayət edilməsi ilə bağlı kommersiya bankları və poçt rabitəsinin milli operatorlarına məktub göndərib.


Məktubda bildirilir ki, ictimaiyyətdən Palataya bəzi banklar tərəfindən valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizindən əlavə komisyon haqlarının alınması ilə bağlı məlumatlar daxil olur.

"Bu isə əksər hallarda mövcud faiz dəhlizinin pozulması ilə nəticələnə bilər. Qeyd olunanları nəzərə alaraq valyuta mübadilə əməliyyatlarında əlavə komisyon haqlarının tətbiqi zamanı formalaşan faktiki məzənnənin müəyyən olunmuş limit hədləri çərçivəsində təmin edilməsi banklara və poçt rabitəsinin milli operatorlarına tapşırılır. Xahiş edirik işinizdə rəhbər tutasınız", - deyə məktubda vurğulanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank xidməti istehlakçılarının hüquqlarının qorunması və müştəri bank münasibətlərində bank xidmətlərinin dəyərinin şəffaflığının təmin edilməsi prioritet vəzifələrdən biri olaraq daim diqqətdə saxlanılır.

Bank sektorunda çalışanlar bildirib ki, son zamanlar Palata bu sahədə nəzarəti gücləndirib. "Palata bankların filial və şöbələrində yoxlamalar aparır və 4%-lik marjanı pozan banklara qarşı xəbərdarlıq və sanksiyalar tətbiq edir", - deyə bank əməkdaşları əlavə ediblər.

Qeyd edək ki, Mərkəzi Bankın 08.01.2016-cı il tarixli məktubu ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın mübadilə məzənnəsi hədəfləri həmin gün üçün Mərkəzi Bankın rəsmi məzənnəsindən 4± % məbləğində müəyyən edilib.

APA.az