Siyasi partiyaların maliyyələşməsinə əlavə 500 min manat ayrılıb Siyasi partiyaların maliyyələşməsinə əlavə 500 min manat ayrılıb

2013-cü ilin dövlət büdcəsi təsdiqləndi

Siyasi partiyaların maliyyələşməsinə əlavə 500 min manat ayrılıb



Parlamentin bu gün keçirilən sessiyasında 2013-cü ilin dövlət büdcəsi müzakirə edilərək qəbul olunub. AzNews.az-ın məlumatına görə, maliyyə naziri Samir Şərifov iclasda deputatların təklif və təşəbbüslərinin nəzərə alındığını qeyd edib.

Nazir bildirib ki, nəzərə alınan təkliflər həm MM sədri, həm də komitə rəhbərləri ilə müzakirə edilib: "Deputatların təklifləri nəzərə alınaraq səhiyyə xidmətləri üçün əlavə 3 milyon manat ayrılıb. Bundan başqa, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsini nəzərdə tutan büdcəyə əlavə olaraq 500 min manat ayrılıb. Həmçinin Milli Məclisin smeta xərcləri əlavə olaraq 726 min manat artırılıb".

S.Şərifovun sözlərinə görə, büdcə 19 milyard 155 milyon, büdcənin xərclər hissəsi isə 19 milyard 850 milyon manat olacaq.

İlkin
AzNews.az