- Köhnə - İqtisadiyyat
- 13 Noyabr 2016 11:15
- 4 391
Misir SOCAR-a ümid edir

Misir neft sənayesinin modernləşdirilməsində SOCAR-ın rolunun genişlənməsində maraqlıdır.
Bunu Trend-ə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev deyib.
Onun sözlərinə görə, bu günə görə energetika iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır: "Bu ilin doqquz ayında Azərbaycanın neft ixracı Misirə 300 milyon dollara yaxın təşkil edib. Azərbaycan və Misir bu sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər".