Yeni maliyyələşmə mexanizmləri tətbiq ediləcək - “Mələk investorlar”

2017-2020-ci illərdə Azərbaycanda yeni maliyyələşmə mexanizmləri tətbiq ediləcək.


Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, beynəlxalq təcrübədə tətbiq olunan, Azərbaycanda isə hələ geniş yayılmamış yeni maliyyələşmə mexanizmlərinin, o cümlədən startapların, vençur fondların, "mələk investorlar"ın ("angel investor"), etimad fondlarının ("trust fund") innovasiya yönümlü maşınqayırmada tətbiqi istiqamətində təkliflər hazırlanacaq.

AzNews.az